‘Ənsarullah’ rəsmisi BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsinə etiraz etdi 27 İyul 2020 16:01 Yəmən Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam BMT-nin bu ölkə üzrə nümayəndəsi Martin Qriffitsi tənqid edib. O, açıqlamasında bildirib ki, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits Səudiyyə Ərəbistanının tərəfini saxlayaraq addımlayır və bu formada fəaliyyətini davam etdirir. "Səudiyyə Ərəbistanı Yəməndə sülh istəmir. Onlar istəyirlər ki, Yəmən Səudiyyə Ərəbistanına tam olaraq təslim olsun", - deyə Məhəmməd Əbdüssəlam diqqətə çatdırıb. Məhəmməd Əbdüssəlam açıqlamasında qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı Yəmən böhranının həlli üçün hələ də normal çıxış yolu təqdim etməyib. /eastnews.org/ Teqlər : #‘Ənsarullah’,#rəsmisi,#BMTnin,#Yəmən,#üzrə,#xüsusi,#nümayəndəsinə,#etiraz,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beynəlxalq yardım təşkilatları Yəməndə ərzaq qıtlığı barədə xəbərdarlıq edir Yəmənə gedən humanitar yardımların ələ keçirilməsi sərt şəkildə qınandı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'