Şənbə gününün hava proqnozu

Şənbə gününün hava proqnozu

Avqustun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Güclü şimal-qərb  küləyi əsəcək. 
 
Maide.Az xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 21-24,  gündüz  26-28, Bakıda  gecə 21-23, gündüz  26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.   
 
Abşeron çimərliklərində güclü şimal-qərb  küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında  bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,  dolu düşəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 13-16 dərəcə isti olacaq.   
 
Tibbi-meteoroloji proqnoz
 
Avqustun 22-də Abşeron yarımadasında güclü şimal-qərb küləyi fonunda temperaturun aşağı enəcəyi  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
 

 

Google+ WhatsApp ok.ru