Əhali internetin keyfiyyətindən razıdırmı?

Əhali internetin keyfiyyətindən razıdırmı?

"Mətbuat.az" saytı isə "Əhali internetin keyfiyyətindən razıdırmı?" sərlövhəli məqalədə verilən suala cavab axtarır.

 
Müəllifin sözlərinə görə, yüksək sürətli internet hər kəs üçün arzu olsa da, bəzən müəyyən ərazilərdə mövcud olmur.
 
Bəs internet provayderlərinin fəaliyyəti vətəndaş məmnunluğu yaradırmı?
 
Müəllifin sözlərinə görə, istifadəçilərin ümumi olaraq 74 faizi ölkədə internetin keyfiyyətindən razıdır, 54 faiz istifadəçi isə tez-tez internet kəsintilərindən şikayət edib. İntenet istifadəçilərinin 45 faizi internet sahəsində göstərilən texniki dəstək xidmətinin fəaliyyətindən narazıdır.
 
İstifadəçilərin 50 faizi isə deyib ki, ümumiyyətlə çağrı mərkəzinin xidmətlərindən yararlana bilmir. Azərbaycanda fəaliyyət göstərən internet provayderlərinin 53 faizi sürətli fəaliyyət göstərir.
 
Sərfəli, əhalinin cibinə uyğun fəaliyyət göstərənlər isə 13 faizdir.
 
Aparılmış sorğu nəticəsində məlum olub ki, Azərbaycanda aylıq internet üçün orta statistik ödəniş 16 manatdır.

Google+ WhatsApp ok.ru