‘Ərzaq qiymətləri bahalaşacaq’

‘Ərzaq qiymətləri bahalaşacaq’

"Oxu.az" saytında "Ərzaq qiymətləri bahalaşacaq" sərlövhəli məqalədə müəllif qiymətlərin bahalaşmasının səbəblərinə aydınlıq gətirir.
 
Müəllifin sözlərinə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri və dolların zəifləməsi səbəbindən ərzaq bahalaşması davam edir.
 
Bundan irəli gələrək, müəllif dünyada ərzaq bahalaşmasının Azərbaycanda qiymətlərə təsir göstərib göstərməyəcəyi məsələsi də gündəmin müzakirəsinə daşınır.
 
Müəllif əlavə edir ki, dünyanı cənginə alan COVID-19 bir sıra sahələrə mənfi təsir göstərdi və bu, qiymətlərdə də öz əksini tapdı. Belə ki, Dünyada ərzaq qiymətləri ümumilikdə 5 faiz bahalaşıb.
 
Müəllifin sözlərinə görə, bitki yağları, şəkər və süd məhsullarının qiymətləri nisbətən artıb, bununla da qlobal taxıl məhsullarının qiymətləri illik rekord göstəricisinə çatmağa davam edir.
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri, güclü tələbin və dolların zəifləməsi səbəbindən ardıcıl olaraq üçüncü aydır ki, artmaqda davam edib.
 
Müəllifin sözlərinə görə, həmçinin ərzaq qiymətlərinin bahalaşmağının səbəblərindən biri də pandemiyadır.
 
Xatırladaq ki, Azərbaycan dünyada bahalaşan ərzaq məhsullarını idxal edirsə, bu, bizim bazarda da qiymətlərə təsirsiz ötüşməyəcək.
 
Çünki idxal olunan malların qiymətləri artan kimi bu, özünü yerli bazarlarda da göstərəcək.

Google+ WhatsApp ok.ru