16. İmam Səccadın (ə) üç istəyi 28 Sentyabr 2020 16:07 Səfər Yezid Kərbəla əsirlərini Şamdan Mədinəyə yollamaq istədikdə, İmam Səccadı (ə) çağırıb deyir ki, yerinə yetirəcəyimə söz verdiyim o üç istəyi açıqla! İmam (ə) buyurur: İlk istəyim, növbəti dəfə ağam və sərvərim Hüseynin (ə) üzünü görməkdir; ondan güc almaq və onunla vidalaşmaq istəyirəm. İkinci istəyim, bizdən qarət etdiklərini geri qaytarmağındır. Üçüncü istəyim budur ki, əgər məni öldürmək fikrin varsa, bu qadınlara birini qoş ki, onları babalarının hərəminə (Mədinəyə) çatdırsın. Yezid İmam Səccadın (ə) ilk istəyini (o an) qəbul etmədi və ikinci istəyinə cavab olaraq dedi: Sizdən alınanların əvəzi artıqlaması ilə sizə veriləcək. Üçüncü istəyinə gəlincə, mən səni öldürməyəcəm və bu qadınları səndən başqası Mədinəyə çatdırmayacaq. İmam (ə) buyurdu: “Biz sənin malına möhtac deyilik və onlar sənə qalsın. İstəyim budur ki, bizdən qarət edilənlər bizə geri qaytarılsın: ...لِأنَّ فيهِ مَغْزَلُ فاطِمَةَ بِنْتِ مُحَمَّدٍ، وَ مِقْنَعَتُها، وَ قِلادَتُها، وَ قَميصُها Çünki o malların arasında Həzrət Zəhranın (s.ə) ip əyirən aləti, şalı (örtüyü), boyunbağısı və köynəyi vardır...” Yezid əmr verir ki, qarət olunan malları geri qaytarsınlar, özü isə iki yüz dinar ona əlavə edir. İmam Səccad (ə) o iki yüz dinarı götürüb fəqirlər arasında bölür. (“Məlhuf” (Lühuf), səh.224.) Həmçinin belə nəql olunur ki, Əhli-beyt (ə) karvanı Şamdan hərəkət etdiyi vaxt Yezid göstəriş verir ki, kəcavələri bəzəsinlər və Hüseyn (ə) əhli-əyalına çoxlu sərvət versinlər. Sonra Ümmü-Gülsümə deyir: “Bu malları, sərvəti sizə çatan müsibətlərin qarşılığı olaraq götürün!” Ümmü Gülsüm cavabında deyir: “Ey Yezid, sən həyasız və utanmazsan! Qardaşım və ailəmizi qətlə yetirir, qarşılığında isə bizə mal verirsən?! (Əsla belə olmayacaq!) (“Biharul-ənvar”, c.45, səh.197-azacıq ixtisarla.) Bu macəra göstərir ki, Şam xalqının əksəriyyəti Yezidə qarşı çıxmışdı və o da, bu macərada uduzduğunu görürdü. Çarəsizlikdən zahirdə sevgi doğuran addımlar atmaqla xalqın qəzəbini söndürməyə çalışırdı, lakin Əhli-beyt (ə) onun qarşısında təslim olmamaqla öz qəzəbini göstərirdi. Bu xatirələr Şam xalqının zehninə həkk oldu və o asudə mühiti Bəni-Üməyyə ailəsi üçü təhlükəli məkana çevirdi. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.617-618.) Maide.az – Maarif bölümü Teqlər : #16.,#İmam,#Səccadın,#(ə),#üç,#istəyi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərbəinə 10 gün qalır: Yollarda İmam Hüseyn (ə) bayraqları - FOTO 17. Şamdan hərəkət Səfər 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO 'Ərbəin' gününün əməlləri Ərbəin zəvvarları Nəcəf - Kərbəla yolunda -FOTO Məhəmməd ibn Əbi Bəkrin həyatı Ərbəinə 7 gün qaldı - FOTO Əmmar Yasir - Haqla batilin meyarı Salman Farsinin həyatı Həzrət Rüqəyyənin (ə) şəhadəti Səfər ayında bu duanı hər gün on dəfə oxumaq tövsiyə olunur Səfər ayı üçün əlamətdar İslami günlər Səfər ayının əməlləri Ümmül-Bəninin yanıqlı nalələri Mədinədə əzadarlıq İmam Səccadın (ə) Mədinə darvazası önündəki xütbəsi Mədinəyə giriş Mədinəyə doğru Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlada əza məclisi 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və üçüncü dəlil-5 Ərbəinlə bağlı maraqlı ÇAĞIRIŞ 'Ərbəin' gününün əməlləri 'Ərbəin' gününün əməlləri 21. Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və ikinci dəlil-4 20. Kərbəla əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişinin mümkünlüyü və birinci dəlil-3 19. Məsafə ölçüsü və uzun dayanacaqlar-2 18. Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlaya gəlişi və fərqli fikirlər-1 İmam Hüseyn (ə) Ərbəininin ahıl zəvvarları- FOTO 17. Şamdan hərəkət Ərbəinə 10 gün qalır: Yollarda İmam Hüseyn (ə) bayraqları - FOTO Əmmar Yasir - Haqla batilin meyarı Salman Farsinin həyatı 15. Yezid sarayının təməllərini lərzəyə gətirən xütbə-2 Ərbəinə 13 gün qalır: İraqın cənubundan İmam Hüseyn (ə) aşiqlərinin Kərbəla səmtinə yürüşü - FOTO 14. Yezidin sarayının təməllərini lərzəyə gətirən xütbə-1 13. Şamdan geri qalanlar Həzrət Rüqəyyənin (ə) şəhadəti 12. Xanım Zeynəbin (s.ə) Yezidin sarayındakı xütbəsi 11. Kərbəla əsirləri Yezidin sarayında Səfər ayında bu duanı hər gün on dəfə oxumaq tövsiyə olunur Səfər ayı üçün əlamətdar İslami günlər Səfər ayının əməlləri 'Ərbəin' gününün əməlləri