Ərbəin günü İmam Hüseynin (ə) hərəminə qiyabi ziyarət təşkil olunur - Qyediyyat üçün LİNK

Ərbəin günü İmam Hüseynin (ə) hərəminə qiyabi ziyarət təşkil olunur - Qyediyyat üçün LİNK

İmam Hüseynin (ə) hərəminə bağlı “İmam Hüseyn (ə) adına Rəqəmsal Media İnstitutu” Ərbəin günü İmam Hüseynin (ə) hərəminə qiyabi ziyarət təşkil planını icra edir. 
 
Maide.Az  “imamhussain.org” saytına istinadla xəbər verir ki,  koronavirus epidemiyasının yayılmasına görə, İraq hökuməti Ərbəin ziyarətini digər ölkələrdən olan Əhli-beyt (ə) aşiqləri üçün qadağan edib.  Bu səbəbdən İmam Hüseyn (ə) hərəm xidmətçilərinin digər şəhər və ölkələrdən olan zəvvarların əvəzində Ərbəin günü naib kimi, həzrətin hərəmini ziyarət etməsi üçün qeydiyyat aparılır.
 
Məlumatda bildirilir ki,   https://imamhussain.org/enaba/ linki vasitəsilə  qeydiyyatdan keçmək lazımdır. 
 
Qeydiyyat üçün son tarix  8 oktyabrdır.  “İmam Hüseyn (ə) adına Rəqəmsal Media İnstitutu” bildirib ki, Ərbəin günü  saat 1-dək  qeydiyyatdan keçən hər bir şəxsin əvəzində  Ərbəin günü ziyarət olunacaq. 
 
Hər bir şəxs  bir və ya bir neçə nəfəri qeydiyatdan keçirə bilər. 
 
Qeydiyyat üçün nümunə: 
 

Google+ WhatsApp ok.ru