Dırnaqlar ciddi xəstəlikdən xəbər verə bilər 06 Oktyabr 2020 08:53 Sağlamlıq Dırnaqların vəziyyəti onkoloji xəstəliklərin xəbərçisi ola bilər. Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə onkoloq cərrah Mixail Myasnyankin danışıb. Həkimin sözlərinə görə, dırnaqlarn qırılmasını, qansızmasını və üzərində çat yaranmasını nəzarətsiz buraxmaq olmaz. "Bununla yanaşı, dırnaqların üzərində olan tünd xətlər də xəstəlik xəbərçisi ola bilər. Bütün bunlar həkimə müraciət etmək üçün ciddi səbəblərdir. Qeyd edilən əlamətlər dəri xərçənginin əlaməti ola bilər. Və dırnaqlarda belə dəyişikliklər təkcə bədxassəli deyil, xoşxassəli xərçəngdən də xəbər verə bilər. Həddən artıq çox xoşxassəli şiş formaları var". Böyük britaniyalı alimlər isə apardıqları araşdırma zamanı əl və ayaqlarda barmaqların uclarının, dırnaq ətrafındakı qeyri-adi parlaq dəri böyüməsinin ağciyər xərçənginin bir simptomu ola biləcəyini müəyyən ediblər. Teqlər : #Dırnaqlar,#ciddi,#xəstəlikdən,#xəbər,#verə,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya alimləri psixoloji xəstəliklərin müalicəsinin mümkün yollarını müəyyən ediblər Ən təhlükəli qan qrupu hansıdır?
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir