Ərbəin yürüşü FOTOLARDA

Ərbəin yürüşü FOTOLARDA

Maide.Az  xəbər verir ki, bu gün Ərbəin axşamıdır.
 
Hər il İraq və dünyanın müxtəlif ölkələrindən müxtəlif din və millətlərdən olan milyonlarla zəvvar İraqın Kərbəla şəhərinə toplaşıb, İmam Hüseynə (ə) əzadarlıq edirdi, bu il koronavirus pandemiyasına görə Ərbəin mərasimi üçün İraq xarici ölkələrdən zəvvarları ölkəyə daxil olmasını qadağan edib.
 
Buna baxmayaraq İraqın müxtəlif bölgələrindən  Əhli-beyt (ə) aşiqləri artıq günlərdir İraqın Kərbəla şəhərinə tərəf piyada yürüş edir.  
 
Qeyd edək ki, ötən gecədən 1442-ci ilin Ərbəin günü ərəfəsində Kərbəlada matəm yürüşlərinə başlanıb.
 
Əzadarlıq yürüşləri heyətlərin mütəşəkkil şəkildə Həzrət Əbülfəzl Abbasın (ə) pak hərəminə, daha sonra Beynul Hərəmeyn meydanı və oradan da Müqəddəs İmam Hüseynin (ə) ziyarətgahına girib əzadarlıq etmələri ilə yekunlaşır.
 
 

 

 

 

Google+ WhatsApp ok.ru