Əfqanıstandakı ABŞ əsgərləri 2,5 minədək azaldılacaq

Əfqanıstandakı ABŞ əsgərləri 2,5 minədək azaldılacaq

ABŞ 2021-ci ilin əvvəlinə qədər Əfqanıstandakı hərbi kontingentinin sayını 2,5 minədək azaldacaq.
 
 “Report”un verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn bildirib.
 
“Prezident Donlad Tramp səlahiyyətlərinin icrasına başladığı zaman Əfqanıstanda ABŞ ordusunun 10 minə yaxın hərbçisi vardı. Hazırda bu ölkədə 5 mindən az hərbçi mövcuddur və gələn ilin əvvəlinə qədər bu rəqəm 2,5 minə enəcək”.
 
 Qeyd edək ki, 2001-ci ilin oktyabrından 2019-cu ilin avqust ayında qədər Əfqanıstanda 2 300 amerikalı hərbçi həlak olub, 20 500 əsgər isə yaralanıb.
 

Google+ WhatsApp ok.ru