Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlada əza məclisi 08 Oktyabr 2020 16:12 Səfər Seyid ibn Tavusun nəqlinə əsasən, Əhlibeyt (ə) karvanı Cabir və dostları ilə Kərbəlada görüşdü. Göz yaşı və nalə ilə bir-birinin görüşünə tələsdilər. Bir neçə gün Kərbəlada əza məclisi saxladılar. Qırx gündən sonra bir daha Kərbəlaya gələnlərin əhval-ruhiyyəsini təsvir etmək yerinə düşərdi. Onlar elə bir məkana qədəm qoydular ki, daha öncə acı xatirələrlə, dağyüklü qəm-qüssə ilə oranı tərk etmişdilər. Elə bir məkan ki, qırx gün öncə əzizlərinin doğrandığına şahid olmuşdular, ataların, qardaşların, əmilərin və əmi oğullarının qəribliyini gözləri ilə görmüşdülər. Zeynəbi-Kübranın (ə) başına nələr gəldi? O, İmam Hüseynin (ə) şəhadətindən sonra əsirlər karvanının rəhbərliyini – İmam Səccadla (ə) yanaşı öhdəsinə aldı və hər yerdə İmamın (ə), qadınların və uşaqların canını qoruyurdu. Bəzən onlara yetişən bəlalar qarşısında özünü sipər edirdi. Kufə və Şamda ifşa etmələri ilə zalımları rüsvay etdi. İnqilab toxumlarını hər yerə səpdi. Kərbəlanın qanlı ismarıcını qulaqlara çatdırdı. İndi isə yorğun və yaralı canı ilə, lakin üzüağ və məğrur şəkildə mövlanın, əziz qardaşı Hüseyn ibn Əlinin (ə) ziyarətinə gəlmişdi. Onun qardaşı ilə olan xatirələri, Məkkə-Mədinə yolunda və Məkkədən Kərbəlayədək onunla yoldaşlığı, qardaşının ona tövsiyələri, dost, qardaş və övladların şəhadətində Hüseynin (ə) çəkdiyi əzablar, şəhidlərin doğranmış bədənləri və əzizlərin bədənlərindən ayrılmış başları – bunların hamısı onun xatirindən ötüb keçirdi. Fatimə (s.ə) övladı ilə, qardaşının başsız bədəni ilə son vidası, həmçinin yanmış xeymələrin, ətəkləri oddan alışmış uşaqların xatirəsi Zeynəbi əldən salır. İndi isə düşmən qorxusu olmadan qəlbinin qüssəsini boşalda bilər. Şübhəsiz, qardaşının və digər şəhidlərin qəbri kənarında nöhvə deyib ağlayır. Bununla yanaşı, digər qadın və uşaqları da qorumalıdır. Olmaya kədərin şiddətindən sarsılalar və şəhidlərin qəbri kənarında can verələr! Rübabın, Səkinənin, Fatimənin və digər qadınların başına nə gəldi? Acı və əzabverici xatirələr onların gözü önündən bir-bir ötüb keçir... Əli Əsğərin susuzluq və taqətsizliyinin, boğazının parçalanmasının, atasının əlləri üzərində can verməsinin acı xatirələri Rübabın dağlı sinəsinə nə edir?! Atanın qürbət və susuzluğunu yada salmaq, atanın son nəvazişi, onun “həl min nasirin” nidası və Zulcənahın sahibsiz qalması Səkinəyə aman vermir! Əli Əkbərin qanlı bədəninin, Qasimin yarılmış başının, Abbasın kəsilmiş qollarının, susuz dodaqların, deşilmiş məşkin, ox dəyən gözlərin və “İndi belim qırıldı!” deyən kədərli səsin xatirəsi qızlara, qadınlara nə edir?! Növhələri deyənin kimliyi, hansı müsibətdən dedikləri bizə məlum deyil. Bəlkə də hamısı birgə növhə deyir, sinə vurur, ürəklərini boşaldırdılar. Təbii ki, bir gün keçdikdən sonra artıq sinələrin fəryad etməyə taqəti qalmamışdı, səslər batmış, boğazlar yorulmuşdu. Ancaq əllə işarə etmək olardı; suya və məşkə, qılınca və boğaza, ələ və sinəyə, yanmış xeymələrə, cırılmış qulaqlara, qarət olunmuş sırğalara!!... Bəli, Əhli-beytin (ə) Kərbəladakı kədərli hadisəsi belə baş verib! (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh. 638-640.) Maide.az – Maarif bölümü Teqlər : #Əhlibeyt,#(ə),#əsirlərinin,#Ərbəin,#günü,#Kərbəlada,#əza,#məclisi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO Mədinəyə doğru Səfər 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO 'Ərbəin' gününün əməlləri Ərbəin zəvvarları Nəcəf - Kərbəla yolunda -FOTO Məhəmməd ibn Əbi Bəkrin həyatı Ərbəinə 7 gün qaldı - FOTO Əmmar Yasir - Haqla batilin meyarı Salman Farsinin həyatı Həzrət Rüqəyyənin (ə) şəhadəti Səfər ayında bu duanı hər gün on dəfə oxumaq tövsiyə olunur Səfər ayı üçün əlamətdar İslami günlər Səfər ayının əməlləri Ümmül-Bəninin yanıqlı nalələri Mədinədə əzadarlıq İmam Səccadın (ə) Mədinə darvazası önündəki xütbəsi Mədinəyə giriş Mədinəyə doğru 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və üçüncü dəlil-5 Ərbəinlə bağlı maraqlı ÇAĞIRIŞ 'Ərbəin' gününün əməlləri 21. Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və ikinci dəlil-4 21. Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və ikinci dəlil-4 20. Kərbəla əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişinin mümkünlüyü və birinci dəlil-3 19. Məsafə ölçüsü və uzun dayanacaqlar-2 18. Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlaya gəlişi və fərqli fikirlər-1 İmam Hüseyn (ə) Ərbəininin ahıl zəvvarları- FOTO 17. Şamdan hərəkət 16. İmam Səccadın (ə) üç istəyi Ərbəinə 10 gün qalır: Yollarda İmam Hüseyn (ə) bayraqları - FOTO Əmmar Yasir - Haqla batilin meyarı Salman Farsinin həyatı 15. Yezid sarayının təməllərini lərzəyə gətirən xütbə-2 Ərbəinə 13 gün qalır: İraqın cənubundan İmam Hüseyn (ə) aşiqlərinin Kərbəla səmtinə yürüşü - FOTO 14. Yezidin sarayının təməllərini lərzəyə gətirən xütbə-1 13. Şamdan geri qalanlar Həzrət Rüqəyyənin (ə) şəhadəti 12. Xanım Zeynəbin (s.ə) Yezidin sarayındakı xütbəsi 11. Kərbəla əsirləri Yezidin sarayında Səfər ayında bu duanı hər gün on dəfə oxumaq tövsiyə olunur Səfər ayı üçün əlamətdar İslami günlər Səfər ayının əməlləri 'Ərbəin' gününün əməlləri