Mədinədə əzadarlıq 14 Oktyabr 2020 19:19 Səfər İmam Səccad (ə) Əhli-beyt (ə) əsirləri ilə – qadın və uşaqlarla Mədinəyə daxil oldu. Hansı ki, keçən ilin Rəcəb ayında oranı tərk edərkən möhtərəm atası İmam Hüseyn (ə), əmisi Əbülfəzl-Abbas, qardaşı Əli Əkbər və Əli Əsğər, eləcə də, Bəni-Haşimin digər gəncləri ilə birlikdə idi. İndi isə, o əzizlər olmadan müsibət görmüş bir qrup qadın və uşaqla birgə şəhərə – Allahın Rəsulu (s) ə qızı Fatimeyi-Zəhranın (s.ə.) dəfn olunduğu şəhərə; hansı ki, yaddaşlarda acı və şirin xatirələri qalıb. Hansı ki, küçələri, evləri, qapı və divarları və ayrı-ayrı yerlərindən əzizlərinin səsini eşidirlər. Zeynəbi-Kübra (ə) özünü Peyğəmbər məscidinə çatdırdı. Məscidin qapısını iki tərəfdən tutduğu halda, Peyğəmbərə müraciətlə dedi: يا جَدَّاه إِنّي ناعِيةٌ إِلَيْكَ أخِي الْحُسَيْنَ “Ey Cəddim! Babacan, mən qardaşım Hüseynin (ə) ölüm xəbərimi sənə gətirmişəm!” Həzrət Zeynəb (s.ə.) durmadan ağlayırdı, göz yaşı və ahı səngimək bilmirdi. Hər dəfə qardaşı oğlu İmam Zeynəlabidinə (ə) baxdıqca qəmi təzələnir, qüssəsi artırdı. (“Biharul-ənvar”, c.45, səh.198.) Səkinə də fəryadla: Ey Cəddim! Başımıza gələn müsibətlərdən sənə şikayətlənirəm. Allaha and olsun, mən Yeziddən daşürək, cəfakar və qəddar birini görmədim. Ondan daha kafir və müşrik birini tanımıram! فَلَقَدْ كانَ يَقْرَعُ ثَغْرَ أَبي بِمِخْصَرَتِهِ وَ هُوَ يَقُولُ: O, əl çubuğu ilə atamın dişlərinə vurur və deyirdi: كَيْفَ رَأَيْتَ الْضَّرْبَ يا حُسَيْنُ Zərbələr necədir, ey Hüseyn? (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.376.) Həmçinin nəql olunub ki, İmam Hüseynin (ə) şəhadətindən sonra Bəni-Haşim qadınları qara və cod libaslar geyindilər. İstidən, soyuqdan qorxmadan əzadarlıq edir və İmam Zeynəlabidin (ə) də onların matəm mərasimi və əzadarlığı üçün yemək hazırlayırdı. (“Biharul-ənvar”, c.45, səh.188.) İmam Sadiq (ə) buyurur: “Bəni-Haşim qadınları, Muxtar (qiyam edib) Übeydullah ibn Ziyadı öldürdükdən sonra başını (Mədinəyə) göndərənədək, beş il müddətində əza halında idilər, zinət əşyalarından və bəzənməkdən imtina etmişdilər.” (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.376.) Həmçinin o Həzrətdən nəql olunan digər bir rəvayətdə deyilmişdir: “İmam Zeynəlabidin (ə) möhtərəm atasına qırx il ağladı. Bir halda ki, gündüzləri oruc tutur, gecələri ibadət edirdi. İftar vaxtı xidmətçisi onun önünə su və yemək qoyur və deyirdi: “Mənim ağam buyurun, yemək yeyin!” O Həzrət (atasının məzlumluğunu xatırlayaraq) buyurardı: قُتَلِ ابْنُ رَسُولِاللَّهِ جائِعاً، قُتِلَ ابْنُ رَسُولِ اللَّهِ عَطْشاناً “Allah Rəsulunun (s) oğlu ac-susuz şəhid edildi!” Bu cümləni təkrar-təkrar deyir və göz yaşı tökürdü. O yerə qədər ki, gözünün yaşı su və yeməyə qarışırdı (sonra iftar edirdi). O Həzrət dünyasını dəyişənədək bu halda idi. (“Məlhuf” (Lühuf), səh.233.) İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) şəhid olduğu vaxtdan etibarən həyat yoldaşı (Rübab) ona matəm saxladı. Qadınlarla, kənizlərlə bərabər o Həzrətə ağlayırdı. Nəhayət, gözlərinin yaşı qurudu. Göz yaşları axsın deyə, “səviq”dən (qida növü) faydalanır və deyirdi ki, şəhid imamıza ağlaya bilmək üçün bu yeməkdən istifadə edirəm.” (“Kafi” c.1, səh.466; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.645-647-649.) Maide.az – Maarif bölümü Teqlər : #Mədinədə,#əzadarlıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Səccadın (ə) Mədinə darvazası önündəki xütbəsi Ümmül-Bəninin yanıqlı nalələri Səfər 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO 'Ərbəin' gününün əməlləri Ərbəin zəvvarları Nəcəf - Kərbəla yolunda -FOTO Məhəmməd ibn Əbi Bəkrin həyatı Ərbəinə 7 gün qaldı - FOTO Əmmar Yasir - Haqla batilin meyarı Salman Farsinin həyatı Həzrət Rüqəyyənin (ə) şəhadəti Səfər ayında bu duanı hər gün on dəfə oxumaq tövsiyə olunur Səfər ayı üçün əlamətdar İslami günlər Səfər ayının əməlləri Ümmül-Bəninin yanıqlı nalələri İmam Səccadın (ə) Mədinə darvazası önündəki xütbəsi Mədinəyə giriş Mədinəyə doğru Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlada əza məclisi 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və üçüncü dəlil-5 Ərbəinlə bağlı maraqlı ÇAĞIRIŞ 'Ərbəin' gününün əməlləri 21. Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və ikinci dəlil-4 21. Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və ikinci dəlil-4 20. Kərbəla əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişinin mümkünlüyü və birinci dəlil-3 19. Məsafə ölçüsü və uzun dayanacaqlar-2 18. Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlaya gəlişi və fərqli fikirlər-1 İmam Hüseyn (ə) Ərbəininin ahıl zəvvarları- FOTO 17. Şamdan hərəkət 16. İmam Səccadın (ə) üç istəyi Ərbəinə 10 gün qalır: Yollarda İmam Hüseyn (ə) bayraqları - FOTO Əmmar Yasir - Haqla batilin meyarı Salman Farsinin həyatı 15. Yezid sarayının təməllərini lərzəyə gətirən xütbə-2 Ərbəinə 13 gün qalır: İraqın cənubundan İmam Hüseyn (ə) aşiqlərinin Kərbəla səmtinə yürüşü - FOTO 14. Yezidin sarayının təməllərini lərzəyə gətirən xütbə-1 13. Şamdan geri qalanlar Həzrət Rüqəyyənin (ə) şəhadəti 12. Xanım Zeynəbin (s.ə) Yezidin sarayındakı xütbəsi 11. Kərbəla əsirləri Yezidin sarayında Səfər ayında bu duanı hər gün on dəfə oxumaq tövsiyə olunur Səfər ayı üçün əlamətdar İslami günlər Səfər ayının əməlləri 'Ərbəin' gününün əməlləri