Ümmül-Bəninin yanıqlı nalələri 15 Oktyabr 2020 15:38 Səfər Ümmül-Bənin Həzrət Fatimeyi-Zəhradan (s.ə.) sonra Əmirəlmöminin Əlinin (ə) həyat yoldaşı olmuşdur. Onun adı da Fatimə idi. Əbülfəzl-Abbas, Abdullah, Cəfər və Osman adlarında dörd oğlu Kərbəlada, İmam Hüseynin (ə) kənarında şəhadətə çatdılar. O, övladlarının xatirəsi üçün gündüzlər Bəqi məzarlığına gedir və orada əza saxlayırdı. Şeyx Abbas Qumi yazır: Ümmül-Bənin Həzrət Əbülfəzl-Abbasın Übeydullah adlı oğlunun əlindən tutur, gündüzlər Bəqiyə gedir və övladları üçün mərsiyə oxuyurdu. Mədinə camaatı onun yanıqlı mərsiyələrini eşitmək üçün ətrafına toplaşır, ona qoşularaq göz yaşı tökürdülər. Onun əzadarlığı o qədər yanıqlı idi ki, hətta Əhli-beytin (ə) qəddar düşməni Mərvan ibn Həkəm bu mənzərəni gördükdən sonra təsirləndi və ağladı. O dağ görmüş xanım bir çox şeirlər oxuyurdu, o cümlədən: يا مَنْ رَأَى الْعَبَّاسَ كَرَّ عَلى جَماهِيرِ النَّقَدِ وَوَراهُ مِنْ أَبْناءِ حَيْدَرَ كُلُّ لَيْثٍ ذي لَبَدِ انْبِئْتُ أَنَّ ابْني أُصيبَ بِرَأْسِهِ مَقْطُوعَ يَدِ وَيْلي عَلى شِبْلي أَمالَ بِرَأسِهِ ضَرْبُ الْعَمَدِ لَوْ كانَ سَيْفُكَ في يَدَيْكَ لَما دَنى مِنْهُ أحَدٌ “Ey Abbasın alçaqlara hücum etdiyini və hər biri bir güclü şirə bərabər Heydər oğullarının arxasında dayandığını görən kəs, xəbər çatdı ki, qolları kəsilmiş oğlumun başına dəmir əmud vurublar! Ey vay, şir kimi uşağıma ki, dəmir əmud başına endi! Əlbəttə, əgər əlində qılınc olsaydı, kimsə sənə yaxın düşə bilməzdi.” Həmçinin Mədinə qadınlarına müraciətlə deyirdi: لاتَدْعُوَنِّي وَيْكِ امَّ الْبَنينَ تُذَكِّريني بِلُيُوثِ الْعَرينَ كانَتْ بَنُونَ لي أُدْعى بِهِمْ وَالْيَوْمَ أَصْبِحْتُ وَلا مِنْ بَنينَ أَرْبَعَةٌ مِثْلُ نُسُورِ الرُّبى قَدْ واصَلُوا الْمَوْتَ بِقَطْعِ الْوَتينِ “Artıq mənə Ümmül-Bənin (oğullar anası) deməyin, çünki mənə (döyüş və cihad) şirlərini xatırladır. Oğlanlarım vardı, onlara xatir Ümmül-Bənin (oğullar anası) səsləyirdilər, amma bu gün, artıq, heç bir oğlum yoxdur (ki, onlara xatir məni Ümmül-Bənin səsləsinlər). O dörd övlad ki, (cihad meydanında) qartal kimi iti uçurdu, o qədər igidlik və dözüm göstərdilər ki, kəsilmiş damarlarla ölümün görüşünə getdilər (və şəhadətə çatdılar). (“Səfinətul-bihar”, c.1, səh.510.) Şübhəsiz, bu əzadarlıqlar dərin hüzündən və böyük dərddən qaynaqlanırdı. İmam Hüseynin (ə) və yoldaşlarının məzlumluğunu xatırlamaq, Yezid və Şam cinayətkarlarının və muzdurlu əlaltılarının zülmünü ifşa etmək, Aşura xatirəsini yaşatmaq, xalqı oyatmaq, onlarda dirəniş və cəsurluq ruhunu dirçəltmək sonda inqilab və qiyama səbəb olurdu. Düşmənə qarşı qılınc, nizə və savaşla çıxmaq mümkün olmayan yerdə göz yaşları ilə sel yaradıb axıtmaq, zalımın zülmünün kökünü kəsmək olar. Başqa sözlə, bu yanğılar, göz yaşları emosiyaları oyadır, zalımlara qarşı nifrət atəşini alovlandırır, sinələri eşq və fədakarlıqla doldurur. Nəhayət, qiyam və qarşıdurma baş verir, necə ki, baş verdi. (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.645-649-651.) Maide.az – Maarif bölümü Teqlər : #ÜmmülBəninin,#yanıqlı,#nalələri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mədinədə əzadarlıq Səfər ayının əməlləri Səfər 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO 'Ərbəin' gününün əməlləri Ərbəin zəvvarları Nəcəf - Kərbəla yolunda -FOTO Məhəmməd ibn Əbi Bəkrin həyatı Ərbəinə 7 gün qaldı - FOTO Əmmar Yasir - Haqla batilin meyarı Salman Farsinin həyatı Həzrət Rüqəyyənin (ə) şəhadəti Səfər ayında bu duanı hər gün on dəfə oxumaq tövsiyə olunur Səfər ayı üçün əlamətdar İslami günlər Səfər ayının əməlləri Mədinədə əzadarlıq İmam Səccadın (ə) Mədinə darvazası önündəki xütbəsi Mədinəyə giriş Mədinəyə doğru Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlada əza məclisi 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və üçüncü dəlil-5 Ərbəinlə bağlı maraqlı ÇAĞIRIŞ 'Ərbəin' gününün əməlləri 21. Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və ikinci dəlil-4 21. Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və ikinci dəlil-4 20. Kərbəla əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişinin mümkünlüyü və birinci dəlil-3 19. Məsafə ölçüsü və uzun dayanacaqlar-2 18. Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlaya gəlişi və fərqli fikirlər-1 İmam Hüseyn (ə) Ərbəininin ahıl zəvvarları- FOTO 17. Şamdan hərəkət 16. İmam Səccadın (ə) üç istəyi Ərbəinə 10 gün qalır: Yollarda İmam Hüseyn (ə) bayraqları - FOTO Əmmar Yasir - Haqla batilin meyarı Salman Farsinin həyatı 15. Yezid sarayının təməllərini lərzəyə gətirən xütbə-2 Ərbəinə 13 gün qalır: İraqın cənubundan İmam Hüseyn (ə) aşiqlərinin Kərbəla səmtinə yürüşü - FOTO 14. Yezidin sarayının təməllərini lərzəyə gətirən xütbə-1 13. Şamdan geri qalanlar Həzrət Rüqəyyənin (ə) şəhadəti 12. Xanım Zeynəbin (s.ə) Yezidin sarayındakı xütbəsi 11. Kərbəla əsirləri Yezidin sarayında Səfər ayında bu duanı hər gün on dəfə oxumaq tövsiyə olunur Səfər ayı üçün əlamətdar İslami günlər Səfər ayının əməlləri 'Ərbəin' gününün əməlləri