Soyuq ayaqlar hansı xəstəlikdən xəbər verir 16 Oktyabr 2020 09:20 Sağlamlıq Soyuq ayaqlar damar və əsəb xəstəliklərinin göstəricisi ola bilər. Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə həkim-nevroloq İrina Lyaskina Rusiyanın Beşinci kanalına müsahibəsində bildirib. O qeyd edib ki, əgər bu hal soyuq suda çiməndən və ya uzun müddət şaxtada qalandan sonra baş vermirsə, mütləq həkimə müraciət etmək lazımdır. "Ayaqların soyuq olması Reyno xəstəliyi, müxtəlif mənşəli, məsələn, şəkərli diabet, həddindən artıq spirtli içki qəbulu, ağır metallarla xroniki intoksikasiya nəticəsində böyrəyin və qaraciyərin zədələnməsi kimi polinevropatiyaların təzahürü ola bilər", – deyə mütəxəssis bildirib. Həkim xəstəliyin profilaktikası üçün düzgün geyim və ayaqqabı seçməyi məsləhət görür: "Dar, süni materialdan hazırlanmış ayaqqabı geyinməyin. Eyni zamanda səhər kontrastlı duş almaq, axşam yatmamışdan əvvəl isə dəniz duzu ilə ilıq vanna qəbul etmək lazımdır". İ.Lyaskina zülalla zəngin qidalar qəbul etməyi, xüsusilə də toyuq əti, paxlalı bitkilərə üstünlük verməyi, həmçinin meyvə-tərəvəz yeməyi, ilin soyuq aylarında vitamin içməyi məsləhət görür. Qeyd edək ki, Reyno xəstəliyi – damarların spazması, aşağı və yuxarı ətrafların, burun, çənə və qulaqların qanla təchizatının pozulması nəticəsində kiçik qan damarlarının düşdüyü xüsusi patoloji vəziyyətidir. Polinevropatiya isə periferik əsəb sisteminin pozulmasıdır. Teqlər : #Soyuq ayaqlar,#xəstəlik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əllərin yuyulması və təmiz saxlanılması gigiyenanın ən vacib tələblərindən biridir QARA ZİRƏnin saymaqla bitməyə faydaları
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir