İmam Rzanın (ə) cavabı 16 Oktyabr 2020 17:16 İmam Rza (ə) Rəyyan ibn Səlt belə nəql edir: حَضَرَ الرِّضا (ع) مَجلِسَ المَأمونِ بِمَروَ، وقَدِ اجتَمَعَ في مَجلِسِهِ جَماعَةٌ مِن أهلِ العِراقِ وخُراسانَ ـ إلى أن قال: ـ فَقالَ المَأمونُ: مَنِ العِترَةُ الطّاهِرَةُ؟ فَقالَ الرِّضا (ع): الَّذينَ وَصَفَهُمُ اللّهُ في كِتابِهِ فَقالَ جَلَّ وعَزَّ: «إنَّما يُريدُ اللّهُ لِيُذهِبَ عَنكُمُ الرِّجسَ أهلَ البَيتِ ويُطَهِّرَكُم تَطهيرًا»، وهُمُ الَّذينَ قالَ رَسولُ اللّهِ (ص): إنّي مُخَلِّفٌ فيكُمُ الثَّقَلَينِ كِتابَ اللّهِ وعِترَتي أهلَ بَيتي، وإنَّهُما لَن يَفتَرِقا حَتّى يَرِدا عَلَيَّ الحَوضَ، وانظُروا كَيفَ تَخلُفوني فيهِما. أيُّهَا النّاسُ، لا تُعَلِّموهُم فَإِنَّهُم أعلَمُ مِنكُم. قالَتِ العُلَماءُ: أخبِرنا يا أبَا الحَسَنِ عَنِ العِترَةِ، أهُمُ الآلُ أو غَيرُ الآلِ؟ فَقالَالرِّضا (ع): هُمُ الآلُ، فَقالتِ العُلَماءُ: فَهذا رَسولُ اللّهِ (ص) يُؤثَرُ عَنهُ أنَّهُ قالَ: اُمَّتي آلي، وهؤُلاءِ أصحابُهُ يَقولونَ بِالخَبَرِ المُستَفاضِ الَّذي لا يُمكِنُ دَفعُهُ: آلُ مُحَمَّدٍ اُمَّتُهُ، فَقالَ أبُو الحَسَنِ (ع): أخبِروني هَل تَحرُمُ الصَّدَقَةُ عَلَى الآلِ؟ قالوا: نَعَم، قالَ: فَتَحرُمُ عَلَى الاُمَّةِ؟ قالوا: لا، قالَ: هذا فَرقٌ ما بَينَ الآلِ والاُمَّةِ. “İmam Rza (ə) Mərvdə Məmunun məclisində idi. Məclisdə bir qrup iraqlı və xorasanlı da iştirak edirdi... Məmun soruşdu: “Pak itrət kimlərdir?” İmam Rza (ə) buyurdu: “Allah-Taalanın Öz kitabında “Allah siz Əhli-beytdən hər bir çirkinliyi təmizləmək və sizi tamamilə pak etmək istəyir!” – təbiri ilə vəsf etdiyi şəxslərdir. Peyğəmbəri-Əkrəm (s) də onlar haqqında belə buyurmuşdur: “Mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram: Allahın kitabı və itrətim olan Əhli-beytimi. Bu iki əmanət “Kövsər” hovuzunda mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmayacaq. Belə isə baxın, görün, mənim bu iki canişinimlə necə rəftar edəcəksiniz? Onlara bir şey öyrətməyin ki, onlar sizdən elmli, biliklidirlər.” (Məclisdəki) alimlər dedilər: “Ey Əbülhəsən! Bizə itrət (Peyğəmbərin (s) xanədanı) haqqında məlumat ver ki, onlar Peyğəmbərin (s) övladları sayılır ya yox?” İmam Rza (ə) buyurdu: “Onlar elə Peyğəmbərin (s) övladlarıdır.” Alimlər dedilər: “Axı Peyğəmbəri-Əkrəmin (s) belə də buyurduğu nəql olunmuşdur: “Ümmətim mənim övladlarımdır!” Peyğəmbərin (s) səhabələrinin nəql etdiyi inkar olunmayan həmin “müstəfiz” rəvayətdə Muhəmmədin övladları onun ümməti göstərilir.”” Bu vaxt imam Rza (ə) buyurdu: “Deyin görüm, Peyğəmbərin (s) övladlarına sədəqə vermək haramdırmı?” Dedilər: “Bəli!” İmam Buyurdu: “Bəs, bu sədəqə ümmətə də haramdırmı?” Dedilər: “Xeyr!” İmam buyurdu: “Övladlarla ümmət arasındakı fərq də elə budur!” (“Əmali”, Şeyx Səduq, səh.422, hədis 1.) Maide.az – Maarif böllümü Teqlər : #İmam,#Rzanın,#(ə),#cavabı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Rzanın (ə) fəzilətlərindən nümunələr İmam Rza (ə): ‘Allaha itaət etsən, (bil ki,) biz Əhli-beytdənsən.’ İmam Rza (ə) 8-ci İmamdan 8 hədis-4 İmam Rzanın (ə) həyatı İmam Rzadan (ə): Cənnət və Cəhənnəm hal-hazırda yaranıbmı? İmam Rzadan (ə): İlahi əzabdan amanda qalan kəs İmam Rzanın (ə) xüsusiyyətlərindən... İmam Rza (ə) və müxtəlif dillərlə tanışlıq 8-ci İmamdan 8 hədis-3 İmam Rzadan (ə): Şiənin etiqadı İmam Rza (ə): ‘Allaha itaət etsən, (bil ki,) biz Əhli-beytdənsən.’ İmam Rzanın (ə) fəzilətlərindən nümunələr 8-ci İmamdan 8 hədis-2 İmam Rzanın (ə) dualarından nümunələr İmam Rzadan (ə) 14 hədis İMAM RZANIN (Ə) KƏLAMINDA QOHUMLUQ ƏLAQƏLƏRİ İMAM RZA (Ə): CƏNNƏT VƏ CƏHƏNNƏM HAL-HAZIRDA MÖVCUDDUR! 8-Cİ İMAMDAN 8 HƏDİS İmam Rzanın (ə) hərəminin üzərindəki bayraq dəyişdirilib - FOTO İmam Rzanın (ə) hərəmində həzrətin nurlu viladət gecəsi - FOTO 8-Cİ İMAMDAN 8 HƏDİS Türkiyəli zəvvarlar İmam Rzanın (ə) ziyarəti haqqında dedikləri - VİDEO İMAM RZA (Ə) VƏ TEOLOJİ-ETİQADİ MÖVZULAR İMAM RZA (Ə) VƏ TEOLOJİ-ETİQADİ MÖVZULAR İMAM RZANIN (Ə) HƏYATI İMAM RZA (Ə) VƏ SİYASİ HADİSƏLƏR İMAM RZANIN (Ə) HƏYATINA QISA BIR BAXIŞ İMAM RZANIN (Ə) SƏXAVƏTİ İMAM RZANIN (Ə) ƏXLAQINA ÜMUMİ BİR BAXIŞ İMAMƏT SƏMASININ 8-Cİ GÜNƏŞİ