Keçən il havanın çirkliliyi yarım milyon körpənin ölümünə səbəb olub 21 Oktyabr 2020 20:41 Sağlamlıq ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi tərəfindən maliyyələşdirilən müstəqil, qeyri-kommersiya təşkilatı olan “Sağlamlıq Təsirləri İnstitutunun Qlobal Hava 2020” hesabatına görə, keçən il havanın çirklənməsi yarım milyona yaxın körpənin vaxtından əvvəl ölümünə səbəb olub. Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, sözügedən ölüm hadisələrinin çoxu inkişaf etməkdə olan ölkələrdə baş verib. Sənədləşdirilmiş körpə ölümlərinin təxminən üçdə ikisi, xüsusən, yemək bişirmək üçün kömür, odun və peyin yandırılması nəticəsində daxili havanın çirklənməsi ilə əlaqədardır. "Bu mərhələdə mexanizmin necə işlədiyini tam olaraq bilmirik, ancaq körpələrin böyüməsini və doğuş ağırlığını azaldan bir şey var. Bir çox ölkədə aparılan araşdırmaların arasında epidemioloji bir əlaqə də mövcuddur" – bu fikri hesabatı dərc edən Sağlamlıq Təsirləri İnstitutundan Katherine Valker deyib. Havadakı zərərli maddələrə məruz qalmaq doğulmamış körpələr üçün də zərərlidir. Bu, erkən və ya zəif doğuşa səbəb ola bilər. Hər ikisi də yüksək uşaq ölümü nisbətləri ilə əlaqələndirilir. Tibb mütəxəssisləri çirkli havanın yaşlılara və sağlamlıq problemi olanlara illərdir təsirlərini öyrənirlər. Ancaq indi bunun bətindəki körpələrə də təsirini dərk etməyə başlayırlar. Aşağı çəkidə doğulan uşaqlar yoluxma və sətəlcəm xəstəliyinə daha çox meylidirlər. Erkən doğulmuş körpələrin ciyərləri də tam inkişaf etməmiş ola bilər. Kaliforniya Universiteti epidemiologiya mütəxəssisi Prof. Beate Ritz, Hindistan, Cənub-Şərqi Asiya və Afrikadakı daxili hava çirkliliyinin 19-cu əsrin Londonu kimi olduğunu söyləyib: “Bu, müasir şəhərlərdə gördüyümüz hava çirkliliyi deyil. Bu, Londonda 150 il əvvəl qapalı məkanlarda kömür yanğınları baş verən zaman görülən çirklənmədir. Bağlı hava çirkliliyi qərar qəbul edənlərin gündəmindəki əsas mövzulardan biri deyildi, amma olmalıdır". Hava çirkliliyinin uşaq ölümlərində daha böyük ziyanlara səbəb olduğunu deyən Ritz, çirklənmənin azaldılmasının sağ qalanlar üçün də əhəmiyyətli olduğunu bildirib: "Bu çirklənmə beyinə və digər orqanlara da zərər verir. Bu, onların həyatda qalmaları üçün kifayət deyil, bütün bu orqanlara təsirinə görə hava çirklənməsini azaltmalıyıq. Evdəki çirklənmənin təsirləri həmişə mövcud olub və insanlar bağlı otaqlarda yemək bişirərkən əsrlər boyu buna fikir verməyiblər. Xüsusilə də qeyd etdiklərimiz evdə daha çox vaxt keçirən qadın və uşaqlar mənfi təsir göstərib. Ancaq problem indi əhali sıxlığı, nəqliyyat vasitələri və sənayenin yaratdığı açıq hava çirkliliyi ilə daha da artıb. Bu amillər fonunda yüz milyonlarla insanın çirkli havanın olduğu yerdə yaşamaq məcburiyyətində qalır. Keçən il dünya miqyasında 6.7 milyon ölümün uzun müddət hava çirkliliyinə məruz qalmasından qaynaqlandığı qeyd edilir. Çirkli hava insult, infarkt, diabet, ağciyər xərçəngi və digər xroniki ağciyər xəstəliklərindən ölüm riskini artıran bir amildir. Teqlər : #Keçən,#havanın,#çirkliliyi,#yarım,#milyon,#körpənin,#ölümünə,#səbəb,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru QARA ZİRƏnin saymaqla bitməyə faydaları İsveçli alim sklerozun inkişafı haqda danışıb Sağlamlıq Yerdə maqnit qasırğası başlayıb Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurla bilər Azərbaycanda hər il 24 min insan bu xəstəlikdən ölür - ÜST İkinci doza vaksini vurdurmayan şəxslərə verilən möhlət məlum olub Azərbaycanda son sutkada 802 nəfər yoluxub, 31 nəfər vəfat edib Tibbi hədislər: Soğanın faydası Azərbaycanda daha 36 nəfər koronavirusdan öldü: 1703 yeni yoluxma Xəstədə 14 gün bitdikdən sonra şikayət yoxdursa, tam sağalmış hesab olunur - SN Smartfon vasitəsilə xəstəliklərin diaqnozu üçün cib ultrasəs aparatı yaradılıb Virusdan sağalanlara xəbərdarlıq: ‘Bu hallar varsa, həkimə müraciət edin’ Tibbi hədislər: Mərcimək sıyığı 20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır? Səhiyyə Nazirliyi: Bu ilin 11 ayında Azərbaycanda İİV-ə 494 yoluxma halı təsdiqlənib Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir Alimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıb İndi cavanlarda koronavirusun daha ağır formada keçdiyini müşahidə edirik -TƏBİB Baş infeksionist: Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq Yaxşı yata bilmək üçün, tövsiyələrə əməl edin Vitamin çatışmazlığı hansı əlamətlərlə özünü göstərir? Xərçəng şişləri niyə yaranır - ARAŞDIRMA Xərçəng şişləri niyə yaranır - ARAŞDIRMA Alimlər koronavirusa qarşı 90 faiz effektivliyə malik vaksin hazırlayıblar Gözlər xəstəliyin aynasıdır Qrip virusu nəyin səthində daha çox qalır? BU QİDALAR sümük əriməsinin qarşısını alır Osteoporozun qarşısını alan qida maddələri Sətəlcəm zamanı daha tez sağalmağa kömək edən adi ərzaqlar Xərçəng xəstəliyinin yaranması riskini artıran məhsulların adları açıqlanıb Piylənmə COVID-19-dan ölüm riskini artırır İsveçli alim sklerozun inkişafı haqda danışıb QARA ZİRƏnin saymaqla bitməyə faydaları Soyuq ayaqlar hansı xəstəlikdən xəbər verir Əllərin yuyulması və təmiz saxlanılması gigiyenanın ən vacib tələblərindən biridir Qara zirə xolesterin, şəkər və digər çoxsaylı xəstəliklərdən qoruyur Koronavirus telefonlarda və əskinaslarda 1 aya qədər qala bilir - Alimlər Ən təhlükəli qan qrupu hansıdır? Dırnaqlar ciddi xəstəlikdən xəbər verə bilər Rusiya alimləri psixoloji xəstəliklərin müalicəsinin mümkün yollarını müəyyən ediblər Soyuqdəymə və qripdən necə qorunmalı: ən sadə məsləhətlər Qriplə soyuqdəymənin fərqi bu imiş Tibbi hədislər: Heyvanın xüsusiyyəti
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir