Əhli-beyt imamlarının (ə) məqamı

Əhli-beyt imamlarının (ə) məqamı

Peyğəmbəri-Əkrəm (s) öz vəfatına səbəb olan xəstəliyi zamanı qızı Fatimeyi-Zəhranın (s.ə.) ağladığını gördükdə, ona təskinlik verərək belə buyurdu:
 
يا فاطِمَةُ، أما عَلِمتِ أنّا أهلُ بَيتٍ اختارَ اللّهُ عَزَّوجَلَّ لَنَا الآخِرَةَ عَلَى الدُّنيا، وأنَّهُ حَتَمَ الفَناءَ عَلى جَميعِ خَلقِهِ، وأنَّ اللّهَ تَبارَكَ وتَعالَى اطَّلَعَ إلَى الأَرضِ اطِّلاعَةً فَاختارَني مِن خَلقِهِ فَجَعَلَني نَبِيًّا. ثُمَّ اطَّلَعَ إلَى الأَرضِ اطِّلاعَةً ثانِيَةً فَاختارَ مِنها زَوجَكِ، وأوحى إلَيَّ أن اُزَوِّجَكِ إيّاهُ، وأتَّخِذَهُ وَلِيًّا ووَزيرًا، وأن أجعَلَهُ خَليفَتي في اُمَّتي، فَأَبوكِ خَيرُ أنبِياءِ اللّهِ ورُسُلِهِ، وبَعلُكِ خَيرُ الأَوصِياءِ، وأنتِ أوَّلُ مَن يَلحَقُ بي مِن أهلي. ثُمَّ اطَّلَعَ إلَى الأَرضِ اطِّلاعَةً ثالِثَةً فَاختارَكِ ووَلَدَيكِ، فَأَنتِ سَيِّدَةُ نِساءِ أهلِ الجَنَّةِ، وابناكِ حَسَنٌ وحُسَينٌ سَيِّدا شَبابِ أهلِ الجَنَّةِ، وأبناءُ بَعلِكِ أوصِيائي إلى يَومِ القِيامَةِ، كُلُّهُم هادونَ مَهدِيّونَ، وأوَّلُ الأَوصِياءِ بَعدي أخي عَلِيٌّ، ثُمَّ حَسَنٌ، ثُمَّ حُسَينٌ، ثُمَّ تِسعَةٌ مِن وُلدِ الحُسَينِ في دَرَجَتي، ولَيسَ فِي الجَنَّةِ دَرَجَةٌ أقرَبُ إلَى اللّهِ مِن دَرَجَتي ودَرَجَةِ أبي إبراهيم.
 
“Ey Fatimə! Bilməlisən ki, biz elə Əhli-beytik ki, Allah-Taala axirəti dünyamızdan üstün bilmiş və bütün yaradılmışların da ölümü qətidir. Agah ol ki, Allah-Taala yer üzünə baxıb yaratdıqları içərisindən məni seçərək peyğəmbər etmişdir. İkinci baxışdan sonra sənin həyat yoldaşını (Əlini) seçmiş və səni onunla evləndirməyi, onu özümə dost və vəzir götürməyi, ümmətim içərisində öz canişinim seçməyi mənə vəhy etmişdir. Demək, sənin atan Allahın ən yaxşı peyğəmbər və rəsulu, ərin isə vəsilərin ən yaxşısıdır. Mənim xanədanım içərisində mənə qovuşan ilk şəxs də sən olacaqsan. Allah-aala üçüncü dəfə yer üzünə baxıb səni və iki oğlunu seçmişdir. Sən Behişt qadınlarının xanımı, iki oğlun Həsən və Hüseyn isə Behişt gənclərinin sərvəri, həyat yoldaşının övladları Qiyamət gününə qədər mənim vəsilərimdir. Onların hamısı hidayətçi və yolgöstərənlərdir. Məndən sonra birinci vəsim qardaşım Əli, ondan sonra Həsən, ondan sonra Hüseyn və Hüseyndən sonra övladlarından doqquz nəfəridir ki, məqamca mənimlə eynidirlər. Behiştdə isə Allah dərgahına mənim və atam İbrahimin məqamından daha yaxın bir məqam yoxdur.” (“Kəmalud-din”, səh.263, hədis 10.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru