Əqsa məscidində qılınan cümə namazında 20 mindən çox fələstinli iştirak etdi

Əqsa məscidində qılınan cümə namazında 20 mindən çox fələstinli iştirak etdi

Koronavirus pandemiyasına görə bir ay bağlı qalan  Əqsa məscidində ötən gün qılınan ilk cümə namazında 20 mindən çox insan iştirak edib. 
 
Maide.Az xəbər verir ki,  Fələstin İnformasiya Mərkəzinin məlumatına görə,  Cümə günü (23 Oktyabr 2020) Fələstinin müxtəlif şəhərləri və Qüdsdən minlərlə insan Cümə namazı qılmaq üçün Əqsa məscidinə axışıb.
 
İşğalçı sionist rejim hərbiçiləri müxtəlif şəhərlərin, o cümlədən Qüds şəhərinin giriş və çıxışlarında postlar quraraq müsəlmanlara Cümə namazında iştirak etməyə maneə yaratmaq istəsələr də , ötən gün qılınan namazda 20 min nəfərdən çox fələstinli iştirak edib.
 
 
 

Google+ WhatsApp ok.ru