Əcnəbilərin Ümrə ziyarətinə icazə verildi

Əcnəbilərin Ümrə ziyarətinə icazə verildi

Müsəlmanlar Ümrə ziyarətini ilin istənilən vaxtı həyata keçirə bilərlər
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, digər ölkələrdən olan zəvvarların Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına daxil olmasına icazə verilib. Ziyarət səkkiz ay öncə koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.
 
Artıq noyabrın 1-dən 20 minədək zəvvarın Məkkəyə buraxılmasına başlanıb.
 
Amma zəvvarların ziyarətdən öncə sərt antivirus tədbirlərinə əməl etməsi tələb olunur. Onlar Səudiyyə Ərəbistanına daxil olandan sonra üç gün karantində qalmalıdırlar.
 
Məscidin girişlərində zəvvarların temperaturu ölçülməli, onlar qoruyucu üz maskaları taxmalı, əllərinə strelizə etməli, yerdəki sosial məsafə qaydalarını gözləməlidirlər.
 
Ötən aydan hakimiyyət məhdud sayda Səudiyyə sakininin Ümrə ziyarətinə icazə verməyə başlayıb.
 
Pandemiyanın yayılmasını məhdudlaşdırmaq məqsədilə martda Ümrə təxirə salındı. 2019-cu ildə 19 milyondan çox zəvvar bu ziyarəti icra edib.
 
İyulda krallıq məhdud sayda səudiyyəli və əcnəbi sakinin Həcc ziyarətinə icazə verdi.
 
 

Google+ WhatsApp ok.ru