Ayətullah Xamenei 3 min 500-dən çox məhbusu əfv etdi 04 Noyabr 2020 15:49 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə həbsdə olan 3780 nəfərin əfv olunması barədə fərman imzalayıb. Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir. İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi Allahın Rəsulı Həzrət Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 3780 məhbusun əfv edilməsi xahiş olunur. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb. Qeyd edək ki, noyabr ayının 3-ü Allahın Rəsulı Həzrət Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günü idi. Teqlər : #Ayətullah,#Xamenei,#min,#500dən,#çox,#məhbusu,#əfv,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei:İslam Peyğəmbərinə qarşı edilən təhqirlər Qərb mədəniyyətinin qaranlıq və yırtıcı mahiyyətini göstərir Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB