Əfqan Sadıqov aclıq elan edib 04 Noyabr 2020 16:28 Hüquq “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqov noyabrın 4-dən aclıq aksiyasına başlayıb. Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib. Onun sözlərinə görə, Ə. Sadıqovun aclıq aksiyasına başlamasına səbəb noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində 7 il həbs cəzası kəsilməsinə etiraz etməsidir. S. Sadıqova deyib ki, Ə. Sadıqov bu hökmü ədalətsiz hesab edir. “Mən də ədalətsiz hesab edirəm. Ortada heç bir hədə qorxu , şantaj xarakterli nə yazı var. Heç bir şey yoxdur ortada. Mən onun sonadək aclıq aksiyası edəcəyinə inanıram. Həqiqətən o aclığı davam etdirəcək. Aclığın 20-ci günündən sonra quru aclığa keçəcək ədalət bərpa olunana qədər”, - o qeyd edib. S.Sadıqova Ə. Sadıqovun aclıq aksiyası ilə bağlı Azərbaycanın insan hüquqları müvəkkili (ombudsman) və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etdiyini deyib. Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb. S. Sadıqova hökmdən apellyasiya şikayəti veriləcini bildirib. Teqlər : #Əfqan,#Sadıqov,#aclıq,#elan,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqan Sadıqov yeddi il azadlıqdan məhrum edilib Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini Əfqan Sadıqovu azad etməyə çağırıb