Ərdoğan Putinə Dağlıq Qarabağla bağlı işçi qrupunun yaradılmasını təklif edib 09 Noyabr 2020 11:30 Dünya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qrabağ probleminin həlli ilə bağlı işçi qrupun yaradılmasını təklif edib. Bu barədə Türkiyə mətbuatı bildirir. Qeyd olunur ki, bu məsələ iki lider arasında keçirilmiş telefon danışığı zamanı müzakirə olunub. Məlumata əsasən, V.Putin təklifi alqışlayıb, artıq yaxın zamanlarda Qarabağ məsələsi ilə bağlı danışıqlar ikitərəfli formata keçə bilər. Bu format ATƏT Minsk qrupunun işindən kənarda fəaliyyət göstərəcək. Yeni işçi qrup atəşkəsdən sonrakı müddətdə tədbirlər və siyasi tənzimlənmə prosesinin aparılması üzərində işləyəcək. / Trend/ Teqlər : #Ərdoğan,#Putinə,#Dağlıq,#Qarabağla,#bağlı,#işçi,#qrupunun,#yaradılmasını,#təklif,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstanda seçkilərin nəticələrinə etirazlar davam edir Belarusda 1000-ə yaxın nümayişçi saxlanıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO