Ərzaq məhsulları 5,1 faiz bahalaşıb

Ərzaq məhsulları 5,1 faiz bahalaşıb

Dövlət Statistika Komitəsi inflyasiya hesabatı yayıb.
 
Rəsmi məlumata görə, 2020-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2019-cu ilin on ayına nisbətən 2,8 faiz artıb.
 
Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının 5,1 faiz, qeyri-ərzaq məhsullarının 1,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərin 1 faiz bahalaşdığı vurğulanır.
 
Hesabata əsasən, oktyabr ayında əvvəlki aya nisbətən 0,2 faiz bahalaşma gedib. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə aylıq bahalaşma 0,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 0,1 faiz göstərilir. / novator.az/   
 

Google+ WhatsApp ok.ru