Əhli-beyt (ə) zəvvarları məhşərdə

Əhli-beyt (ə) zəvvarları məhşərdə

İmam Əli (ə) buyurmuşdur:
 
زارَنا رَسولُ اللّهِ (ص) فَعَمِلنا لَهُ حَريرَةً، وأهدَت لَنا اُمُّ أيمَنَ قَعبًا مِن لَبَنٍ وزُبدًا وصَحفَةً مِن تَمرٍ، فَأَكَلَ النَّبِيُّ وأكَلنا مَعَهُ، ثُمَّ وَضَّأتُ رَسولَ اللّهِ، فَقامَ وَاستَقبَلَ القِبلَةَ فَدَعَا اللّهَ ما شاءَ. ثُمَّ أكَبَّ عَلَى الأَرضِ بِدُموعٍ غَزيرَةٍ مِثلِ المَطَرِ، فَهِبنا رَسولَ اللّهِ أن نَسأَلَهُ، فَوَثَبَ الحُسَينُ فَقالَ: يا أبَتي، رَأَيتُكَ تَصنَعُ ما لَم أرَكَ تَصنَعُ مِثلَهُ! فَقالَ: يا بُنَيَّ، إنّي سُرِرتُ بِكُمُ اليَومَ سُرورًا لَم اُسَرَّ بِكُم مِثلَهُ، وإنَّ حَبيبي جَبرَئيلَ (ع) أتاني فَأَخبَرَني أنَّكُم قَتلى، وأنَّ مَصارِعَكُم شَتّى، فَدَعَوتُ اللّهَ لَكُم وأحزَنَني ذلِكَ. فَقالَ الحُسَينُ: يا رَسولَ اللّهِ، فَمَن يَزورُنا عَلى تَشَتُّتِنا، ويَتَعاهَدُ قُبورَنا؟ قالَ: طائِفَةٌ مِن اُمَّتي يُريدونَ بِرّي وصِلَتي، فَإِذا كانَ يَومُ القِيامَةِ شَهِدتُها بِالمَوقِفِ، وأخَذتُ بِأَعضادِها فَأَنجَيتُها وَاللّهِ مِن أهوالِهِ وشَدائِدِهِ.
 
“(Bir gün) Peyğəmbəri-Əkrəm bizi görməyə gəlmişdi. Biz o əzrətə ipək (döşəkcə) sərdik. Ümmü-Əymən bir fincan süd, bir az kərə və bir qab xurma gətirdi. Peyğəmbər (s) yeməyə başladı və biz də onunla birlikdə yedik. Sonra Həzrət dəstəmaz aldı və qibləyə sarı oturb, istədiyi qədər dua etdi. Sonra da gözlərini yerə zilləyib, yağış kimi göz yaşı axıtdı. Biz bunun səbəbini ondan soruşmağa cürət etmədik.
 
Hüseyn yerindən durub dedi: “Baba can! Siz elə bir iş gördünüz ki, əvvəllər sizdən belə şey görməmişdik.”
 
Həzrət buyurdu: “Oğlum! Bu gün mən sizinlə görüşüb elə xoşhal oldum ki, indiyə kimi belə sevinməmişdim. Dostum Cəbrail yanıma gəlib, mənə xəbər verdi ki, siz öldürüləcək və hər biriniz bir yerdə dəfn olunacaqsınız. Buna görə də, sizin üçün dua etdim və bu xəbər məni kədərləndirdi.
 
Hüseyn dedi: “Ey Allahın Rəsulu, ayrı düşdüyümüz halda kimlər ziyarətimizə gələcək və qəbirlərimizi qoruyacaq?”
 
Həzrət buyurdu: “Mənə rəğbəti olan və mənimlə rabitəni qoruyan ümmətimin bir zümrəsi! Qiyamət günü bərpa olduqda, mən o dəstə ilə məhşərdə görüşüb, qollarından tutaraq – Allaha and olsun – onları Qiyamətin qorxusu və çətinliyindən xilas edəcəyəm.” (“Əl-xəsaisul-kubra”, Süyuti, c.2, səh.125.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru