Əl-Əqsa intifadasında artıq 3000-dən çox fələstinli uşaq şəhid olub

Əl-Əqsa intifadasında artıq 3000-dən çox fələstinli uşaq şəhid olub

Fələstin İnformasiya Nazirliyi Əl-Əqsa İntifadasının başlandığı vaxtdan etibarən 3000-dən çox fələstinli uşağın öldüyünü və on minlərlə insanın yaralandığını bildirib.

 
Fələstin İnformasiya Nazirliyi İsrail rejiminin fələstinli uşaqların hüquqlarını pozmağa davam etdiyini açıqlayıb.  
 
Nazirlik bəyanatında bu vəhşilikləri izah edərək, 28 oktyabr 2000-ci ildə Əqsa İntifadasının başlandığı vaxtdan etibarən 3.000-dən çox fələstinli uşağın şəhid olduğunu və on mindən çoxunun yaralandığını bildirib.  
 
Bəyanatda, həmçinin ABŞ-ın prezidenti Donald Trampın 2017-ci il yanvar ayından bəri işğal altındakı Qüdsü sionist rejimin paytaxtı elan etməsindən sonra, 123 uşağın şəhid olduğunu və minlərlə uşaqların işğalçı qüvvələr tərəfindən vurulduğunu bildirib.  
 
Həmin vaxtdan etibarən sionist rejimin silahlı qüvvələri 17 mindən çox uşağı həbs ediblər. Sionistlər 2019-cu ilin əvvəlindən etibarən 18 yaşınadək 745 nəfəri və 2016-cı il martın 31-dən 2020-ci ilin əvvəlinədək 264 uşağı həbs ediblər. /Deyerler.org/
 

Google+ WhatsApp ok.ru