Fransada islamofobiya əleyhinə etiraz nümayişi - FOTO 14 Dekabr 2020 10:25 Dünya “Azadlığı boğan qlobal təhlükəsizlik qanunu layihəsinə STOP!”, “İslamofobiyaya STOP!”. AZƏRTAC xəbər verir ki, bu şüarlar Fransada “qlobal təhlükəsizlik” qanun layihəsi və islamofobiya əleyhinə nümayişlərdə səsləndirilib. Nümayişdə qaldırılan plakatlarda və səsləndirilən şüarlarda polis zorakılığına, eləcə də hökumətin islamofobiya xarakteri daşıyan “separatizm” əleyhinə qanun layihəsinə etiraz bildirilib. Artıq üç həftədir davam edən nümayişlər bütün ölkəni bürüyüb. Dünən ölkə üzrə 85 etiraz nümayişi keçirilib. Hökumət nümayişlərin əhəmiyyətli olmadığını qeyd etsə də, nümayişlər getdikcə daha ciddi vəziyyət alır. Daxili İşlər Nazirliyi dünənki aksiyalarda 27 minə qədər nümayişçinin səfərbər olduğunu desə də, təşkilatçılar bu rəqəmin daha yüksək olduğunu diqqətə çatdırıblar. Parisdə yüzdən çox nümayişçi saxlanılıb. Teqlər : #Fransada,#islamofobiya,#əleyhinə,#etiraz,#nümayişi,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada Təhlükəsizlik Xidmətinin qarşısında kamikadze özünü partlatdı: Yaralılar var Nigeriya 400-ə yaxın şagirdin oğurlandığı bildirilir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO