Ayətullah Xamenei başsağlığı verib 02 Yanvar 2021 12:54 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei rəbbani alim, mücahid filosof və fəqih, Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verib. Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Mərhəmətli və bağışlayan Allahın adı ilə! Rəbbani alim, fəqih və mücahid filosof Ayətullah Hacı Şeyx Məhəmməd Təqi Misbah Yəzdinin vəfatı xəbərini çox təssüf və kədər hissi ilə aldım. Bu itki İslam maarifi sahəsinə və Dini Elmi Hövzəyə böyük zərbədir. O mərhum görkəmli bir mütəfəkkir, layiqli bir idarəçi, həqiqəti dilə gətirməkdə bəlağətli natiq və düz yolda əzmlə addımlayan bir şəxs idi. O, dini düşüncənin ərsəyə gəlməsində, dəyərli kitabların təlifində, seçkin və nüfuzlu şagirdlərin yetişdirilməsində, varlığına ehtiyac duyulduğu bütün sahələrdə inqilabçı iştirakı ilə, həqiqətən də nadir insanlardan idi. Ömrünün gənc illərindən sonunadək təqvalı olmaq onun həmişəlik xüsusiyyətlərindən idi. Bu uzunmüddətli mübarizə üçün ilahi mərifət yolunda əldə etdiyi seyri-suluk Allahın ona ən böyük mükafatı idi. Bu əziz qardaşımın vəfatına görə əzalı olmağımla yanaşı, hörmətli ailəsinə, alim və saleh övladlarına, digər qohumlarına, eləcə də bu böyük müəllimin şagirdlərinə və sevənlərinə və Elmi Hövzəyə başsağlığı verir, onun üçün ilahi rəhmət, məğfirət və ən yüksək dərəcələr diləyirəm!" Teqlər : #Ayətullah,#Xamenei,#başsağlığı,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vüsal günü - VİDEO Ayətullah Xamenei mərhum Ayətullah Misbah Yəzdinin cənazə namazını qıldı - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB