Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən PCR testi tələb olunmayacaq 02 İyun 2021 09:57 Ölkə Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilib. "Report" xəbər verir ki, dəyişikliyə əsasən ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək. Digər dəyişikliklə ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq. Teqlər : #Ölkədaxili,#uçuşlar,#zamanı,#sərnişinlərdən,#PCR,#testi,#tələb,#olunmayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gündən Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxıb Şəxsi avtomobillərdə tibbi maskadan istifadə edilməsi tələb olunmur - RƏSMİ