Şəhərətrafı dəmir yollarında təmassız ödəniş sistemi tətbiq olunub

Şəhərətrafı dəmir yollarında təmassız ödəniş sistemi tətbiq olunub

Azərbaycan Dəmir Yolları, Mərkəzi Bank, “Visa” və Azərbaycan Beynəlxalq Bankı şəhərətrafı dəmiryol xətlərində təmassız ödənişləri genişləndirir.
 
Maide.Az xəbər verir ki,artıq Bakı və Sumqayıt şəhərləri arasında ən sürətli sərnişin daşımalarını təmin edən və sərnişinlərin geniş istifadə etdikləri Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankı tərəfindən buraxılmış kartların sahibləri üçün təmassız ödəniş etmək mümkündür. Sərnişinlər gediş haqlarını təmassız ödəniş kartları və üzükləri vasitəsilə rahat və təhlükəsiz ödəyə bilərlər .
 
Hazırda Abşeron dairəvi dəmir yolunun 14 stansiyasının hamısında hər iki istiqamətdə təmassız oxuyucu cihazlar ilə təchiz edilmiş turniketlər quraşdırılıb. 
 
Bu barədə bu gün Azərbaycam Dəmir Yolları QSC-nin təşkilatçılığı ilə keçirilən təsbirdə məlumat verilib. 
 
Sözügedən layihənin bir hissəsi olaraq Dairəvi Dəmir Yolunun bütün stansiyalarında yerləşdirilən 27 biznes terminalı vasitəsilə sərnişinlər təmassız şəkildə əlavə ödəniş edərək biletlərin kateqoriyasını biznes klasa qədər yüksəldə bilərlər.
 
Qeyd edək ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov, Mərkəzi Bankın icraçı direktoru Fərid Osmanov da iştirak ediblər.
 

Google+ WhatsApp ok.ru