Xanım Məsumənin (ə) hərəmi güllərlə bəzədildi - FOTO 11 İyun 2021 15:07 Zilqədə Kəramət ogünlüyü və Həzrət Məsumənin (s) mövludu münasibətilə o həzrətin hərəmi güllərlə bəzədilib. Maide.Az "tasnimnews"-a istinadla xəbər verir ki, Xanım Məsumənin (s) hərəminin bütün meydanları, fəvvarələri, sütunlu dəhlizləri güllərlə bəzədilib. Hərəmdə asılan rəngli işıqlar da axşam saatlarında müqəddəs ziyarətgaha xüsusi bir rəng qatır. Qeyd edək ki, Kəramət ongünlüyü Əhli-Beytin (ə) səkkizinci nuru Həzrət İmam Rzanın (ə) əziz bacısı xanım Fatimeyi Məsumənin (s.ə) mövlud günündən - 12 iyundan İmam Rzanın (ə) mövlud gününə - 22 iyuna kimi davam edir. Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır. Teqlər : #Xanım,#Məsumənin,#(ə),#hərəmi,#güllərlə,#bəzədildi,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zil-qədə ayı üçün əlamətdar islami günlər Zil-qədə ayının əməlləri