İmam Rzanın (ə) hərəmi Kəramət ongünlüyünə hazırlaşır – FOTO 11 İyun 2021 17:25 Zilqədə Həzrət Məsumənin (s) mövludu münasibətilə və İmam Rzanın (ə) mövludu ərəfəsində Məşhəddə o həzrətin hərəmi güllərlə bəzədilib. Maide.Az xəbər verir ki, Kəramət ongünlüyü münasibəitlə İmam Rzanın (ə) hərəminin bütün meydanları, fəvvarələri, sütunlu dəhlizləri güllərlə bəzədilib. Hərəmdə bu bayram günləri münasibətilə müxtəlif proqramlar o cümlədən Quranla üns məclisləri, uşaq və yeniyetmələr üçün xüsusi proqramlar, moizə və dini şənliklər sağlamlıq protokollarına uyğun olaraq təşkil olunur. Qeyd edək ki, Kəramət ongünlüyü Əhli-Beytin (ə) səkkizinci nuru Həzrət İmam Rzanın (ə) əziz bacısı xanım Fatimeyi Məsumənin (s.ə) mövlud günündən - 12 iyundan İmam Rzanın (ə) mövlud gününə - 22 iyuna kimi davam edir. Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır. Teqlər : #İmam,#Rzanın,#(ə),#hərəmi,#Kəramət,#ongünlüyünə,#hazırlaşır,#–,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zil-qədə ayının əməlləri Zilqədə ayının hər bazar gününə məxsus namaz