Əfqanıstanla bağlı üçtərəfli görüş təklif edilib

Əfqanıstanla bağlı üçtərəfli görüş təklif edilib

İran tərəfi rəsmi İslamabad və Kabillə birgə Əfqanıstanla bağlı üçtərəfli görüşün keçirilməsini təklif edib.
 
 Bu barədə İranın xarici işlər nazirinin xüsusi nümayəndəsi Məhəmməd İbrahim Tahiriyan Kabilə səfəri zamanı deyib.
 
Kabildə Əfqanıstanın xarici işlər naziri Məhəmməd Həniflə görüşən İran rəsmisi Əfqanıstandakı vəziyyətlə bağlı üçtərəfli formatda görüşlərin keçirilməsini təklif edib.
 
Qeyd edək ki, İran rəsmisi bundan öncə Pakistanda səfərdə olub və səfərin nəticələri barədə Əfqanıstan tərəfini məlumatlandırıb. / BBC.Farsi/ 
 

Google+ WhatsApp ok.ru