İşğalçı İsrail rejiminin XİN başçısı BƏƏ-yə səfər edib 29 İyun 2021 14:31 Dünya İşğalçı İsrail rejiminin xarici işlər naziri Yair Lapid Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Maide.az xəbər verir ki, bu barədə işğalçı rejimin XİN başçısı “Twitter”də bildirib. O, səfərini tarixi hadisə kimi qiymətləndirib. Bu, ötən ilin sentyabr ayından bəri BƏƏ və işğalçı rejim arasında münasibətlərin adiləşdirilməsindən sonra ilk yüksək səviyyəli səfərdir. Səfər çərçivəsində Yair Lapid Əbu-Dabidə sionist rejimin səfirliyinin, Dubayda isə bu rejimin konsulluğun təsis edilməsi ilə bağlı mərasimdə iştirak edəcək. İşğalçı rejim XİN başçısı BƏƏ-li həmkarı Abdulla bin Zayed Əl Nahyan, iqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əl Sayeq və mədəniyyət naziri Nura Əl Kaabi ilə görüşəcək. Yair Lapidin Əbu-Dabi və Dubaydakı yəhudi icmalarının nümayəndələri ilə də görüşü nəzərdə tutulub. Teqlər : #İşğalçı,#İsrail,#rejiminin,#XİN,#başçısı,#BƏƏyə,#səfər,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'Həşdi-şəbi' şəhidləri 'Amerikaya ölüm' və 'İsrailə ölüm' şüarları ilə dəfn olundu - VİDEO İslami ölkələrin radio-televizyalar birliyinin baş asambeleyasının iclası keçirilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO