Pakistan Baş naziri ABŞ-a cavab verdi

Pakistan Baş naziri ABŞ-a cavab verdi

Pakistan Baş naziri İmran Xan Çin Qlobal Televiziya Şəbəkəsinə verdiyi müsahibədə ABŞ və Qərb ölkələrinin Pakistan kimi ölkələrin Çinlə münasibətlərdə tərəflərini seçməsini istədiklərini və bunun "çox ədalətsiz" olduğunu bildirib. 

Pakistanın Pekin ilə münasibətlərini dəyişdirmək və ya azaltmaq üçün təzyiqlərə məruz qoyula bilinməyəcəyini vurğulayan Xan Çin ilə münasibətlərin hansı təzyiqlərə məruz qalsa da dəyişməyəcəyini dilə gətirib.   

Xan niyə tərəf seçməli olduqlarını soruşub və "Hər kəslə yaxşı münasibətlərimiz olmalıdır", - deyə bildirib.

  Çinin hər zaman onların yanında olduğunu və İslamabadın Pekinlə daima çox xüsusi bir əlaqəyə sahib olduğunu vurğulayan Xan "Yaxşı zamanlarda hər kəs sizinlədir, ancaq ağır, çətin və pis zamanlarda kimin sizin yanınızda olduğunu xatırlayarsınız", - deyib. 

Xan ABŞ-ın Çinə qarşı ehtiyatlı olduğunu və iki ölkənin münasibətlərinin problem yaratdığını ifadə edərək, bu çərçivədə Vaşinqtonun dördlü "Quad" regional ittifaq yaratmasına işarə edib.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru