Ali Rəhbər İranın məhkəmə sisteminə yeni sədr təyin edib 01 İyul 2021 12:00 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei höccətül-islam Qulamhüseyn Möhsini Ejeyinin məhkəmə sisteminin sədri vəzifəsinə təyin olunması barədə fərman imzalayıb. Maide.Az xəbər verir ki, fərmanda Ayətullah Xamenei cənab Möhsini Ejeyiyə məhkəmə sistemində dəyişikliyin zərurətini və yeni dövrdə daha güclü çalışmağı tapşırıb. Məhkəmə sistemində yeni texnologiyalardan istifadə, cihadçı və səmərəli işçilərin məsul kimi təyin olunması, dürüst hakimlərin xidmətlərinə dəyər verilməsi və eyni zamanda qanun pozuntuları ilə qətiyyətlə mübarizə aparmaq, xalqla davamlı ünsiyyətdə olmaq kimi məsələlər Ali Rəhbərin Möhsini Ejeyiyə verdiyi tövsiyələrdəndir. Qeyd edək ki, Q.Möhsini Ejeyi İranın yeni seçilmiş prezidenti Ayətullah Seyid İbrahim Rəisini əvəz edəcək. Q.Möhsini Ejeyi bundan öncə İranın təhlükəsizlik naziri və baş prokror vəzifələrində çalışıb. Teqlər : #Ali,#Rəhbər,#İranın,#məhkəmə,#sisteminə,#yeni,#sədr,#təyin,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: İran xalqı sözün həqiqi mənasında bu seçkilərdə dastan yazdı Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB