Əxlaqi fəzilətlərin inkişafı üçün hazırlıqlar – Dostlar və yaxınların rolu 01 İyul 2021 18:24 Quran və təfsir QURANİ-KƏRİMDƏ ƏXLAQ AYƏLƏRİ Qurani-Kərimin “Furqan” surəsinin 27-29-cu ayələrində buyurulur: وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلً. يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا. لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًا “O gün zalım (peşmançılıqdan) əllərini çeynəyib deyəcək: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım! Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim! And olsun ki, Zikr (Quran) mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan sonra) yalqız buraxır (zəlil, rüsvay edər).” Bu ayədə zalımların Qiyamət günü özləri üçün uyğun dost seçmədikləri üçün dərin peşmançılıq və təəssüf hissi keçirmələrindən söz açılır. Çünki onlar özlərinin bədbəxtliyinin əsas səbəbi kimi, məhz dostlarını görürlər. Ayədə buyurulur: “O gün zalım (peşmançılıqdan) əllərini çeynəyib deyəcək: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım! Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim! And olsun ki, Zikr (Quran) mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan sonra) yalqız buraxır (zəlil, rüsvay edər).” Bu minvalla, Qiyamət günü zalımlar ilk olaraq Peyğəmbərlə (ə) əlaqələrinin kəsildiyinə görə güclü təəssüf hissi keçirər və həmin fitnəkar, çirkaba bulaşan insanlarla rabitələrinin davam etməsi onları sarsıdar. Sonra isə birbaşa olaraq öz azğınlıqlarının səbəbi kimi həmin yaramaz dostları göstərər və hətta onların təsirini (əlbəttə, qəlbində xəstəlik olanlar üçün) ilahi göstərişlərdən daha güclü olmasını qeyd edərlər. Ayənin axırıncı ifadəsinə əsasən isə, pis dostlar şeytanın ordusunun bir hissəsidir. Başqa sözlə, insanlardan olan şeytanlar hesab olunur. Diqqəti cəlb edən odur ki, bu ayədə sözügedən insanların təəssüf və peşmançılığı يَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ “Zalımlar o gün hər iki əlini dişləri ilə çeynəyəcək” – təbiri ilə ifadə edilmişdir. Belə ki, bu, peşmançılığın son mərhələsidir. Bu, ən zəif peşmançılıq halında insanın barmaqlarını dişi ilə çeynəməsidir, güclü halda isə əlinin arxasını dişləməsidir. Ən şiddətli hallarda isə hər iki əlinin arxasını bir-birinin ardınca dişləməsidir. Həqiqətdə isə bu, insanın özündən intiqam almasının bir növüdür. Yəni düşünür ki, nəyə görə səhlənkarlıq edərək, öz əlimlə özümü bədbəxt etdim. Qurani-Kərimin bu və digər ayələrindən istifadə edərək qeyd edə bilərik ki, dostlar, yoldaşlar insanın səadət və bədbəxtliyində çox mühim rol oynayır. Təkcə əxlaq və rəftar deyil, hətta insanın əqidəsinin də formalaşmasında təsiredici gücə malikdir. Bu səbəbdən, hər bir əxlaq ustadı həmişə öz tərbiyəsi altına aldığı insanları bu cəhətdən diqqətdə saxlamalıdır. Xüsusilə bizim əsrimizdə, yaramaz “dostlar” vasitəsi ilə müxtəlif fəsadların yayıldığı bir zamanda diqqətli olmaq lazımdır. (“Ayate-əxlaqi (Əxlaq ayələri)”, Ayətullah Məkarim Şirazi, səh.34-36.) Maide.az – Maarif bölümü Teqlər : #Əxlaqi,#fəzilətlərin,#inkişafı,#üçün,#hazırlıqlar,#–,#Dostlar,#və,#yaxınların,#rolu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-6 İmanı küfrlə dəyişənlər