Əlillik təyinatı ilə bağlı yeni qayda qəbul edildi

Əlillik təyinatı ilə bağlı yeni qayda qəbul edildi

Milli Məclisin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
 
Oxu.Az xəbər verir ki, dəyişiklik, əlillik müddətinin bitməsindən sonrakı 6 ay aralıq müddəti ilə əlaqədardır. 
 
Belə ki, əlillik müddəti bitdikdən 6 ay ərzində əlillik təkrar qiymətləndirilir.
 
Nəticədə şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.
 
Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.
 
Layihə səsə qoyularaq qəbul edilib.

Google+ WhatsApp ok.ru