Magistraturaya qəbul olanların qeydiyyatı başlayır 12 İyul 2021 11:36 Elm, Təhsil Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrlara müraciət edib. Maide.Az xəbər verir ki, Mərkəzin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən 22‑dək elektron qaydada portal.edu.az platformasında qeydiyyatdan keçə bilərlər. “Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qeydiyyat 2021-ci il iyulun 13-dən 22‑dək davam edəcək. 2021/2022-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar isə AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur: - Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış); - Şəxsiyyəti təsdiq edən sənədin surəti – 2 nüsxə; - Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – 2 nüsxə; - 3x4 sm ölçüdə rəngli fotoşəkil – 4 ədəd; - Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə; - Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi. Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2021-ci il iyul ayının 13-dən 22-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Magistratura sektorunda aparılacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər”, - deyə məlumatda qeyd olunub. Teqlər : #Magistraturaya,#qəbul,#olanların,#qeydiyyatı,#başlayır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İyunun 16-dan idman üzrə qabiliyyət imtahanları keçiriləcək