Sionist rejim 45 fələstinli tələbəni həbs edib 15 İyul 2021 10:54 Fələstin Sionist rejim qüvvələri ötən gecə Ramallahın şimal-qərbindəki Termsaia kəndindəki əsir "Muntəsir Şəlbi" nin ailəsi ilə görüşdüyü üçün “Birzeit” universitetinin 45 fələstinli tələbəsini həbs edib. Maide.Az Fələstin Məlumat Mərkəzinə istinadla xəbər verir ki, bunu Birzeit Universitetinin İslami Birliklər üzrə kordinasiya şöbəsinin sədri İsmail Əl-Bərğusi deyib. O bildirib ki, Şəlbi ailəsi ilə görüşən tələbələrdən 45 nəfər işğalçı rejim qüvvələri tərəfindən həbs olunduqdan sonra naməlum istiqamətə aparılıb. İşğalçı rejim qüvvələri yayımladığı bəyanatda saxlanılan tələbələri “təxribat” törətməkdə ittiham edib. Qeyd edək ki, sionist rejim qüvvələri ötən həftə Ramallahın şimal-qərbindəki Termsaia kəndindəki əsir "Muntəsir Şəlbi" nin evini partladaraq dağıdıb. M. Şəlbi cari ilin may ayında Fələstini işğal etmiş İsrail rejimi əleyhinə əməliyyatda iştriak etmiş, əməliyyat nəticəsində bir sionist hərbiçi ölmüş, ikisi yaralanmışdı. Teqlər : #Sionist,#rejim,#fələstinli,#tələbəni,#həbs,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BƏƏ-nin Tel-Əvivdə səfirliyi açılıb İşğalçı İsrail polisi etiraz edən fələstinlilərə hücum edib; azı 75 fələstinli xəsarət alıb - FOTO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar