İşğalçı İsrail polisi etiraz edən fələstinlilərə hücum edib; azı 75 fələstinli xəsarət alıb - FOTO 17 İyul 2021 09:46 Fələstin İordan çayının qərb sahilində ötən gün cümə namazından sonra qanunsuz yəhudi yaşayış məntəqələrinin salınmasına etiraz əlaməti olaraq fələstinlilər etiraz aksiyası keçirib. Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Fələstinin Nablus əyalətindəki Beyta və Beyt-Dəcan yaşayış məntəqələri ərazisində keçirilən etiraz aksiyasına işğalç rejim qüvvələri hücum edib. Məlumata görə, işğalçı rejim qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz, odlu silah və rezin gülllərdən istifadə edib. Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, aksiya ən az 75 fələstinli yaralanıb. Bildirilir ki, 15 nəfər rezin güllələrin istifadəsi nəticəsində, daha 10 nəfər isə odlu silahdan istifadə nəticəsində yaralanıb, 46 nəfər gözyaşardıcı qazdan xəsarət alıb, daha 4 nəfər də yanıq xəsarətləri alıb. Məlumatda həmçinin qeyd olunur ki, işğalçı İsrail rejim təhlükəsizlik qüvvələri jurnalistlər və Fələstin Qızıl Aypara Cəmiyyətinin həkim qruplarının işinə də müdaxilə edib və onlara rezin güllələr atıb, nəticədə bir neçə həkim və jurnalist yaralanıb. Teqlər : #Fələstin,#İsrail rejimi,#işğalçı,#Nablus , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejim 45 fələstinli tələbəni həbs edib HƏMAS xarici ölkə səfirlərini Qəzzaya dəvət etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar