Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 22 İyul 2021 12:39 Ölkə Avqustun 30-na qədər həftəsonları ictimai nəqliyyat işləməyəcək Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb. Maide.Az -ın xəbərinə görə, bununla bağlı qərar imzalan;b. Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti avqustun 1-də başa çatırdı. Avqustun 30-na qədər həftəsonları ictimai nəqliyyat işləməyəcək Həmçinin avqustun 30-na qədər həftəsonları ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək. APA-nın məlumatına görə, bu, Nazirlər kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə qərarında əksini tapıb. Qeyd olunub ki, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılır. Teqlər : #Azərbaycanda,#xüsusi,#karantin,#rejiminin,#müddəti,#uzadılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür İyulun 23-də gözlənilən hava şəraiti