Güclü külək Bakıda fəsadlar törətdi - FOTO 28 İyul 2021 10:59 Hadisə Güclü külək səbəbindən paytaxt ərazisində 46 ağacın budağı qırılıb. Bu barədə Oxu.Az-a Bakı Şəhrə İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, gecə saatlarından davam edən güclü küləyin paytaxt ərazisində yaratdığı fəsadlar operativ şəkildə aradan qaldırılır. Paytaxtın Nəsimi, Yasamal və Nərimanov rayonlarında müxtəlif küçə və prospektlərdə ağaclar aşıb. Bunun nəticəsində bəzi prospektlərdə yollar bağlanıb. Teqlər : #Güclü,#külək,#Bakıda,#fəsadlar,#törətdi,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda axtarışda olan şəxs "Maşın bazarı"nda özünü partladıb Ukraynada təyyarə evin üstünə düşüb, 4 nəfər ölüb