Bakı metrosunda hərəkət bərpa olunub - YENİLƏNİB 30 İyul 2021 10:03 Hadisə 10:22 "Metropolitenin bütün xətlərində qatarların hərəkəti cədvələ uyğun olaraq tam təmin olunub". Bunu Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. *** "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində problem yaranıb. "Report" xəbər verir ki, “Həzi Aslanov” – “Dərnəgül” xəttində - "28 may" və "Nizami" stansiyaları arasındakı tunellərdə qatarlar qalıb. Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə "Cəfər Cabbarlı" və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb. Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problemlə bağlı araşdırma aparılır. "Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur", - o qeyd edib. Teqlər : #Bakı,#metrosunda,#hərəkət,#bərpa,#olunub,#YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ukraynada təyyarə evin üstünə düşüb, 4 nəfər ölüb Yardımlı meşəsində YANĞIN