Ağsuda dağlıq ərazidə başlayan yanğın meşəliklərə yaxınlaşır 05 Avqust 2021 11:09 Hadisə Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb. Maide.Az “Report” a istinadla xəbər verir ki, ötən gün saat 22:30 radələrindən başlayaraq sözügedən ərazilərdə kol-kos yanır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub. Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır. Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib. Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da cəlb olunub. Teqlər : #Ağsuda,#dağlıq,#ərazidə,#başlayan,#yanğın,#meşəliklərə,#yaxınlaşır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yardımlı meşəsində YANĞIN Türkiyədə 208 yanğından 196-sı nəzarət altına alınıb