HƏMAS Səudiyyə Ərəbistanında həbs edilmiş onlarla fələstinlinin azad edilməsini istəyib 05 Avqust 2021 13:15 Fələstin HƏMAS Səudiyyə Ərəbistanında həbs edilmiş 60 fələstinlinin məhkəmə işlərinə xitam verilməsini və onların azadlığını istəyib. Fələstin mətbuatının məlumatına görə, bu barədə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Həniyyə çağırış edib. Cari həftədə Səudiyyə Ərəbistanı məhkəməsi tərəfindən burada həbs edilmiş fələstinlilərin işinə baxılacağı məsələsinə toxunan İsmail Həniyyə, hələ də ölkə krallığının və məhkəmənin ədalətli qərarına ümidvar olduğunu bildirib. İsmail Həniyyə HƏMAS-ın Səudiyyə Ərəbistanındakı nümayəndəsi Məhəmməd əl-Xədri də daxil olmaqla 60 fələstinlinin məhkəmə işinə xitam verilməsini və onların azad edilməsini istəyib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı məhkəməsi bu şəxsləri İxvanəl-Müslimin hərəkatına mənsub olmaqda ittihamlandırıb. /SalamNews / Teqlər : #HƏMAS,#Səudiyyə,#Ərəbistanında,#həbs,#edilmiş,#onlarla,#fələstinlinin,#azad,#edilməsini,#istəyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistan Senatının Sədri: Heç vaxt işğalçı İsrail rejimini rəsmiyyətə tanımayacağıq Sionist rejimi fələstinlilərə qarşı qadağan olunmuş silahlardan istifadə edir
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar