Məhərrəm ayının 1-ci günü Kərbəlada baş vermiş hadisələr

Məhərrəm ayının 1-ci günü Kərbəlada baş vermiş hadisələr

Məhərrəm ayının ilk günü, Əhli-beytin (ə) qəmli günlərinin başlandığə gündür. Həmin gün bütün Peyğəmbərlər (ə), mələklər, Əhli-beyti (ə) sevənlər və ardıcılları qəmgin və əzalıdır.
 
Rəvayətdə buyurulub: 
 
Hər il Məhərrəm ayının ilk günündən aşura gününədək şəhidlər ağası imam Hüseynin (ə) parça-parça olmuş köynəyini Allahın ərşindən asırlar və bütün aləmi qəm bürüyür. (Xəsaisüs-zeynəbiyyə)
 
İmam Hüseyn (ə) Kərbəla torpağına Məhərrəm ayının ikisi cümə axşamı günü çatır. Əbi İshaq Əsfərayəninin məqtəlində yazılıb: İmam (ə) səhabələri ilə yol gedirdilər ki, bir məntəqəyə çatdılar. Orada bir dəstə yaşayan insanlardan bu mətəqənin adını soruşdu və onlar “Şəttun Fərat” deyə cavab verdilər. O həzrət buyurdu: bu addan başqa adı da varmı?
Cavab verdilər: “Kərbəla”dır.
 
Sonra İmam (ə) ağlayaraq buyurdu: Allaha and olsun ki, bu torpaq “Kərb” və “Bəla” torpağıdır. Sonra belə buyurdu: bu yerin torpağından mənə bir ovuc verin. Sonra topağı alıb iylədi və yaxasından bir qədər torpaq çıxararaq buyurdu: bu həmin torpaqdır ki, cənab Cəbrail (ə) Allah tərəfindən cəddim Rəsulullah (s) üçün gətirərək deyib ki, bu torpaq Hüseynin (ə) torpağındandır, sonra o torpağı yığaraq buyurdu: hər iki torpağın eyni ətri var.
 
Seyid ibn Tavus deyib: İmam (ə) Kərbəla torpağına yetişəndə soruşdu: bu yerin adı nədir? Dedilər: “Kərbəla”.
 
Buyurdu miniklərinizdən düşün! Bu məkan bizim qalacağımız, qanımızın töküləcəyi və qəbirlərimizin yeridir.
 
Sonra İmam (ə) və səhabələri orada məskunlaşaraq öz yüklərini orada endirdi. Hürr ibn Yezid Riyahi də, öz qoşunu ilə İmama (ə) yaxın onun müqabilində düşərgə saldı. Amma buna baxmayaraq Aşura günü Hürr ibn Yezid Riyahi tövbə edərək imam Hüseynin (ə) tərəfinə keçir.
 
Maide.Az 

Google+ WhatsApp ok.ru