‘NATO Əfqanıstana geri dönməyəcək’- Ben Uolles

‘NATO Əfqanıstana geri dönməyəcək’- Ben Uolles

Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi ölkədə yaranmış gərginliyi daha da artırıb.
 
Azvision.az xəbər verir ki, hazırda paytaxt Kabildə ciddi sosial-siyasi böhran yaşanır, qaçqınların sayı isə durmadan artır.
 
İngiltərənin müdafiə naziri Ben Uolles "Sky News"a verdiyi müsahibədə Əfqanıstandakı durumu şərh edib. O, NATO-nun bu ölkəyə qayıtmaq niyyətində olmadığını söyləyib.
 
 "Geri qayıtmaq bizim planlarımızda yoxdur" deyən Uolles jurnalistin Kabilə nəzarətin bərpası mümkündürmü sualına belə cavab verib:
 
 "Bunu qəbul edirəm edirəm ki, Taliban ölkəni idarə edir. Yəni demək istəyirəm ki, hazırkı situasiyanı anlamaq üçün politoloq olmağa ehtiyac yoxdur".
 

Google+ WhatsApp ok.ru