Əfqanıstana məxsus 22 hərbi təyyarə və 24 helikopter Özbəkistan sərhədini qeyri-qanuni keçib

Əfqanıstana məxsus 22 hərbi təyyarə və 24 helikopter Özbəkistan sərhədini qeyri-qanuni keçib

Avqustun 14-dən bu günədək Əfqanıstanın 22 hərbi təyyarəsi və 24 hərbi helikopter Özbəkistanın Surxandərya vilayətindən qeyri-qanuni yolla sərhədi keçib. 585 hərbçinin olduğu təyyarə və helikopterlər məcburi Termez beynəlxalq aeroportuna endirilib. 158 mülki şəxs və hərbçi isə Amudərya çayı üzərindəki körpüdən Özbəkistan ərazisinə girib.
 
Maide.Az xəbər verir ki, Özbəkistanın Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, üç “Embraer-314” əfqan hərbi təyyarəsi Xanabad aeroportuna enməyə icazə istəyib. Bu təyyarələrə Termez hava limanına enməyə icazə verilib.
 
Özbəkistan Hərbi Hava Qüvvələrinin iki MiG-29 təyyarəsi onları izləyib. Ehtiyatsızlıq üzündən bir “Embraer-314” təyyarəsi Özbəkistanın MiG-29 təyyarəsi ilə toqquşub. Təyyarələrin pilotları paraşütlə özlərini atıb.
 
Ümumiyyətlə avqustun 14-16-da Özbəkistan sərhədini hava və quru yolla 743 hərbçi və mülki şəxs keçib. Bütün bu faktlarla bağlı Özbəkistanın Baş prokurorluğu cinayət işi açıb.
 

Google+ WhatsApp ok.ru