Əxlaqi fəzilətlərin inkişafı üçün hazırlıqlar – Ailə tərbiyəsi və irsiyyət qanununun əxlaqda təsiri-3

Əxlaqi fəzilətlərin inkişafı üçün hazırlıqlar – Ailə tərbiyəsi və irsiyyət qanununun əxlaqda təsiri-3

Allah-Taala “Ali-İmran” surəsinin 33-34-cü ayələrində belə buyurur: 
 
إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ. ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ
 
“Hıqiqətən, Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş (üstün) etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!”
 
Bu ayə həqiqətdə Həzrət Məryəm (ə) və Zəkəriyyənin (ə) qəyyumluğundan bəhs edilən ayəyə bir müqəddimə hesab olunur. Söhbət irsiyyət amilinin təsirindən, paklıqla olunan tərbiyədən, təqva və fəzilətdən bəhs edilir. Buyurulur ki, “Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş (üstün) etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!”
 
Ayədə ilahi peyğəmbərlərin bir-birinin nəslindən yaranmasına, irsiyyət qanununa və ya ailə tərbiyəsinə, yaxud hər ikisinə işarə olunur. İstənilən halda bəhs etdiyimiz mövzuya, yəni irsiyyət məsələsi və tərbiyənin şəxslərdə, təqva və fəzilətdə qoyduğu təsirinə şahidlik edir. 
 
Bu ayənin izahında rəvayət olunan hədislər də həmin mənanı bizə çatdırır. (“Nurus-Səqəleyn” təfsiri, c.1, səh.331.)
 
İstənilən halda qeyd edilən ayənin dəlalət etdiyi mövzu bir insanın tərbiyə olunduğu mühiti, irsiyyət məsələsini, ləyaqətli insanların dərin təsirini və mənəvi əxlaqa rəhbərlik edən məqamın varlığını təsdiq edir. İnkarolunmaz bir həqiqətdir ki, belə bir irsiyyətə və tərbiyəyə məxsus şəxsləri aludə irsiyyəti və tərbiyəsi qüsurlu olan şəxslərlə müqayisə etmək olmaz.
 
İrsiyyət və gen məsələsi ilı bağlı başqa bir ayədə – “Məryəm” surəsinin 28-ci ayəsində buyurulur:
 
يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا
 
“Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!”
 
Bu ayə Həzrət Məryəm (ə) və atasız dünyaya gələn Həzrət İsa (ə) haqqında bəhs edir. Həzrət Məryəm (ə) öz körpəsi İsa Məsihi özü ilə yaxınları və qövmünün yanına gətirən zaman onlar təəccüblə dedilər ki, sən çox pis bir iş görmüsən. “Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!
 
Bu cümlə (xüsusilə, onu Quranın nəql etməsi və əməldə onu təsdiq etməsi) onu göstərir ki, ata-ana tərəfindən irsiyyət amilinin təsiri və insanların əxlaqında ailə tərbiyəsinin rolu bütün insanların öz həyatlarında təcrübədən keçirdikləri məsələlərdəndir. Hətta onlar bu işin əksini gördükdə, heyrətlərini gizlətməmişlər. Bu ayələrdən ümumi nəticə ala bilərik ki, irsiyyət amili və tərbiyə əxlaqi məsələlərdə mühüm təsirli amillərdəndir. (“Quranda əxlaq”, Ayətullah Məkarim Şirazi, səh.151-152.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru