‘Tehran-Moskva regional əməkdaşlığının yeni mərhələsi başlayıb’

‘Tehran-Moskva regional əməkdaşlığının yeni mərhələsi başlayıb’

İran İslam Respublikası Müdafiə Nazirliyi koordinatorunun müavini Səid Şabanian verdiyi açıqlama zamanı bildirib ki, "Sülh və sabitlik" və "regional problemlərin həlli" mövzularında bölgə ölkələrinin iştirakı ilə Tehran-Moskva birgə əməkdaşlığının yeni fəsli başlayıb.
 
 Onun sözlərinə görə, İran İslam Respublikası Rusiya Federasiyası arasındakı əlaqələr və əməkdaşlıqdan məmnundur.
 
 Son illərdə bu proses əlverişli və mütərəqqi bir yol tutaraq, ikitərəfli regional və beynəlxalq məsələlərdə qarşılıqlı və təsirli etimadın gözəl bir mərhələyə çatıb.   
 
"Bu istiqamətdə əsas diqqət sülhə, təhlükəsizliyə, Əfqanıstan, Qafqaz və digər bölgələr də daxil olmaqla başqa əhəmiyyətli regional məsələlərdə regional mexanizmi aktivləşdirmək üçün çoxtərəfli əməkdaşlığa yetirilir".  /eastnews.org  /
 

Google+ WhatsApp ok.ru