Kərbəla şəhidləri - Cünadə ibn Kəb ibn Hərs (Haris) Ənsari 15 Sentyabr 2021 10:10 Məhərrəmlik Cünadə yetmiş yaşında ikən əhli-əyalı və övladı Əmr ilə birlikdə Məkkədə İmam Hüseynə (ə) qoşulmuş və Aşura günü oğlu Əmrlə birlikdə şəhadətə yetmişdir. O, Aşura günü günortadan öncə şəhadətə yetən şəhidlərdəndir. “Nahiyeyi-müqəddəsə” ziyarətində həm Cünadənin, həm də oğlu Əmrin adı çəkilmişdir: “Salam olsun Cünadə ibn Kəb Ənsariyə və onun oğlu Əmr ibn Cünadəyə!” O, döyüş meydanına doğru hərəkət edərkən bu rəcəzi oxuyurmuş: أَنَا جُنادٌ وَأَنَا ابْنُ الْحارِثِ لَسْتُ بِخَوَّارٍ وَلا بِناکِثٍ عَنْ بَیْعَتی حَتَّی یَرِثْنی وارِثی الْیَوْمَ ثاری فِی الصَّعیدِ ماکِثٌ “Mən Cünadəyəm, Harisin oğluyam! Qorxaq, zəif və əhd-peymanı pozan deyiləm. Öz varisimə bu əhdi əmanət qoyub gedənə qədər öz əhdimə sadiq qalacağam. Bu gün bədən üzvlərim bu torpaqda sındırılacaqdır.” Maide.Az - Maarif bölümü Teqlər : #Kərbəla,#şəhidləri,#Cünadə,#ibn,#Kəb,#ibn,#Hərs,#(Haris),#Ənsari, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəla şəhidləri - Büreyr ibn Xüzeyr Həmdani Kərbəla şəhidləri - Əmr ibn Cünadə